Səhvlərimizin əksər hissəsi Allahdan qafil olduğumuza görə baş verir
Rəcəb ayı, Şəban ayı kimi Ramazan ayına hazırlıq aylarıdır. Ona görə də bu ayda qəlb hüzuru əldə etməyə xüsusi diqqət etmək lazımdır. İnsan gərək özünü Allahın dərgahında hiss etsin. Bütün hərəkətlərini, niyyətlərini və qəlbinə gələn hər bir fikirləri. Birinci dərəcədə bunlar çox mühümdür. Əgər bu hal hasil olarsa, ikinci dərəcədə biz əməllərimizə, danışığımıza diqqət edəcəyik. Diqqət edəcəyik ki, nə deyirik, hara gedirik, kimin əleyhinə söz danışırıq, kimin xeyirinə söz deyirik. (Tebyan) O zaman ki, insan özünü Allah dərgahında hiss edər, rəftar və əməllərinə daha çox diqqət edər. Bizim səhvlərimizin əksər hissəsi Allahdan qafil olduğumuza görə baş verir. İnsan qəflət halından çıxarsa və görərsə ki, bütün işləri və niyyətləri nəzarət altındadır, o zaman özünə diqqət edər. İnsan əgər belə düşünərsə, batini pak və təmiz halda Ramazan ayına daxil olar. Rəcəb ayına bu gözlə nəzər salaq. Özünü Allah dərgahında hiss etmək - əslində həmişə Allahı yada salmaq deməkdir. Allahı həmişə yada salmaq nəticəsində insanın bütün həyatı İlahi rəngə boyanar, bütün rəftar və danışığı İlahi olar. Allah bəndələri belə olduqlarına görə Allahı yanlarında hiss edirlər. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28). Təqva libası dedikdə Allahın dərgahında olmaq nəzərdə tutulur. Təqva libası bizim üçün hər bir şeydən dəyərlidir. Təqva – özünü Əhli-beytin (ə) xidmətində görməkdir. Ramazan ayı hamıya fayda gətirər. Ancaq Rəcəb ayı Allah yolunun xüsusi yolçularına o qədər fayda verər ki, Ramazan ayından da çox olar. Rəcəb ayının ruha etdiyi təsirlər daha dərindir. Çünki bu ay - Allahın ayıdır. Bu ayda Allahdan qeyrisini düşünmək olmaz. Bu ayda dediklərimizə, eşitdiklərimizə gərək diqqət edək. O zaman Rəcəb ayının bərəkətindən faydalanmaq olar. İnsan gərək öz ürəyini bütün çirkinliklərdən təmizləsin. Çünki bunu etməsə, başqa şeyin faydası olmaz. Hər nə qədər zikr desə - faydası olmaz, hər nə qədər diqqət etsə - faydası olmaz. Çünki bu diqqət dərin deyildir, səthidir. Ürəyin dərinliyi xarabdır. Dərinliyində təşviş vardır, dərinliyində nəfsi istəklər vardır. Ona görə də edə biləcəyimiz ilk iş budur ki, özümüzü Rəcəb ayında yenidən doğulmuş kimi təsəvvür edək. Təzə doğulmuş körpənin heç düşməni olarmı? Bu körpə qeybət edərmi? Xeyr, çünki təzə doğulmuşdur, heç dostu belə yoxdur. Bu ayda belə olmaq lazımdır. Özümüzü Allahın dərgahında hiss edək. /Deyerler.org/ Oxşar xəbərlər
|