Şeytan (lən) hansısa fikri beynimizə təlqin edə bilər, amma davam etdirmək öz əlimizdədir
Mьəllif: admin1
Tarix: 6-07-2019, 09:29
Şeytan (lən) hansısa fikri beynimizə təlqin edə bilər, amma davam etdirmək öz əlimizdədir


Ağıl və təfəkkürün İslam dinində yeri böyükdür. O qədər möhtərəm və müqəddəsdir ki, hər bir insan onu arzu edər. Heç bir insan öz cahilliyi ilə iftixar etməz. Ağıl insanı günahdan saxlayar və insana nəsihət verər. İnsanı xata və təhlükədən qoruyar.

Aqil o kəsdir ki, xeyir və şəri ayırd edə bilsin. Məsumlarımız (ə) da ağılı ən gözəl nemət adlandırmışdılar. İslam dinində olduğu kimi, heç bir dində ağıl və təfəkkür bu qədər möhtərəm hesab edilməmişdir.

Qurani-Kərim varlıq aləmini dərk edənləri aqil insan adlandırır. İnsanları Quran ayələri haqqında düşünməyə və təfəkkür etməyə çağırır. Quran ağılı nə qədər tərifləyirsə, cahilliyi bir o qədər tənqid edir.

“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün)baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar(çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

İmam Əli (ə) ağılı nura bənzədir. Əgər bir şey haqqında biliyimiz və agahlığımız varsa, həmin şey bizim üçün nur kimi aydın olar. Evdə yandırılan çırağa bənzəyir ki, onunla evin bütün əşyalarını görmək olur. Bu çırağı heç bir şeylə yandırmamışdır, öz-özünə yanmışdır. Ancaq əşyalar çıraq olmadan aydınlanmaz. Ağıl da belədir.

İnsanın bir şeyi anlaması ağıl nuru vasitəsilə bizə aydın olur.

Hədislər buyurur ki, ağılın nuru ürəkdədir və ağıl nuru ürəyi aydınlandırar. Ona görə də ürək dərk etmək mərkəzidir. Ağıl bizim üçün dörd şeyi aydın edər: vacibi, müstəhəbi, yaxşı və pisi.

İnsanı heyvandan ayıran tək meyar - ağıl və təfəkkürdür. Lakin ağılın olması o demək deyildir ki, biz təfəkkür edirik, yəni onun haqqında düşünirik. Ona görə də bəzi təfəkkürlər aqilcəsinə deyildir.

Misal üçün günah haqqında düşünmək aqilcəsinə deyildir. Çünki ağıl günahı qəbahətli hesab edir. Ona görə də deyə bilərik ki, təfəkkürümüz bizdən asılıdır və eyni zamanda, bizdən asılı deyildir.

Əgər bir şey haqqında düşürünüksə və ya başqasının sözünü eşidiriksə, özümüzdən asılı olmayaraq zehnimizdə həmin şeyi canlandırırıq. Misal üçün əgər alma və ya banandan söhbət gedirsə, o zaman onu təsəvvür edirik.

Bütün bunlar bizim özümüzdən asılı olmayan təfəkkürdür. Bu təfəkkür qüvvəsi ola bilsin ki, şeytanın təlqininə məruz qalsın. Lakin davam etdirmək bizim əlimizdədir. Ona görə də nə deyə bilərik ki, təfəkkür yaxşıdır və nə də deyə bilərik ki, pisdir.

Bəlkə bəyənilən təfəkkür odur ki, ağıl onun dayağı və arxası olsun. Ağıl nuru ilə edilən təfəkkür insanı yeni kəşflərə və həqiqətlərə tərəf hidayət edər. Əgər təfəkkür ağıl nuru ilə olarsa, heç bir zaman səhv etməz. Düzgün təfəkkür odur ki, ürəyin dirilməsində təsirli olar.

İmam Həsən (ə) buyurur: “Bəsirətli insan təfəkkür edərək ürəyini diri saxlayar”.

/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930