“Onun bu yolda müəllimi olmamışdır. Tövhid elmini birbaşa Allahdan almışdı”
Mьəllif: admin1
Tarix: 6-09-2017, 21:59
“Onun bu yolda müəllimi olmamışdır. Tövhid elmini birbaşa Allahdan almışdı”

Muhəmmədcavad Ənsari Həmədani – Əhli-beyt (ə) məktəbinin böyük fəqihlərindəndir. Bu böyük alim öz ruhunun dəyişməsi ilə bağlı buyurur: “Mən Həmədan alimlərinin təşviqi ilə Quma yollandım. O zamana qədər suluk və ürfan ilə müxalif idim. Dini həmin zahirdəki göstərişlər kimi tanıyırdım. Nəhayət başıma bir hadisə gəldi. Həmədanda olan zaman eşitdim ki, ora görkəmli bir şəxsiyyət gəlmişdir və hamı ona məftun olmuşdur. Mən onun məclisinə getdim və gördüm ki, Həmədanin bir çox tanınmış ruhanisi də oradadır. O, məclisin ortasında sakit əyləşmişdi. Öz-özümə dedim ki, baxmayaraq
ki, onlar böyük alimlərdirlər, ancaq bir müsəlman kimi mənim vəzifəm onları məlumatlandırmaqdır. Ona görə də onları toplayıb iki saat onlarla söhbət etdim. Ümumi olaraq ürfan elminin inkaredicisi oldum. Mən sakit olandan sonra həmin Allah bəndəsi başını qaldırdı və dərin baxışlarla mənə baxdı. Buyurdu: “Yaxındır ki, sən özün aləmlərin yananlarına atəş vurasan”. Mən onun dediklərini başa düşmədim. Lakin batinimdə böyük bir dəyişlik hiss etdim. Qalxdım və bayıra çıxdım. Hiss etdim ki, bütün bədənimi hərarət bürüyübdür. Əsr olan zaman evimə gəlib çatdım. Bu hərarət daha da artdı. Məğrib və işa namazlarını qıldım. Yemək yemədən yatağıma getdim. Gecə yarısı ayıldım və gördüm ki, kimsə mənə deyir: “Arif şəxs - bizim aramızda, ulduzların arasındakı ay kimidir. Mələklərin arasında olan Cəbrayil (ə) kimidir”.
Özümə nəzər saldım və gördüm ki, bu qədər dərs oxumağa olan həvəsim artıq qalmayıbdır. Hiss etdim ki, mən başqa bir şey istəyirəm. Ona görə də Quma gəldim. “Urvətul-vusqa” kitabına üz çəkməklə məşğul oldum. Bir gecə düşündüm ki, mən bu işi niyə görürəm. Ona görə də həmin işi görməkdən əl çəkdim.
Həmin gecə bu yuxunu gördüm. Böyük və müxtəlif rənglərdə olan hovuz gördüm ki, ətrafı kasalarla doludur və onların üzərində Allahın adları yazılmışdır. Həmin hovuza yaxınlaşan zaman kasanı su ilə doldurub mənə içizdirdilər. Yuxudan ayıldım və özümdə böyük bir dəyişiklik hiss etsim. Öz varlığımı şölələnmiş atəş kimi gördüm.
Ondan sonra bu tərəfə və o tərəfə çoxlu müraciətlər etdim. Böyük alim axtarırdım ki, məni hidayət etsin. Həmin zamanda ən böyük alim Ayətullah Şeyx Mirzə Cavad Mələki Təbrizi idi. Hər nə qədər şagirdlərinə müraciət edirdim, bu yangım sönmürdü.
Qumun səhralarına və dağlarına yollandım. Səhərlər gedir və əsr vaxtı qayıdırdım. 50 gün Allaha ağlayıb, yalvardım. Məsumlara (ə) təvəssül etdim. Çarəsizliyim ən son həddinə çatan zaman İlahi lütf halıma şamil oldu. Çarəni Həzrət Peyğəmbərdə (s) gördüm və ona təvəssül etdim”.
Seyyid Əli Qazi onun haqqında buyurur: “Onun bu yolda müəllimi olmamışdır. Tövhid elmini birbaşa Allahdan almışdı”.
Oğlu atası haqqında danışır: “Bir gün Tehrandan atamın yanına tanışı gəlmişdi. Ona göstəriş verməsini istədi. Atam buyurdu: “Sən xanımınla pis rəftar edirsən. Get əxlaqını düzəlt!”. Həmin şəxs nəql edir: “Evə qayıdan zaman xanımım narahat şəkildə mənə dedi: “Yenə səfərə getmisən?”. Əyildim və əlini öpdüm. Təəccübləndi və dedi ki, bu işi sənə kim öyrədib? Dedim: “Həmin ağa ki, yanına getmişdim”. Xanım da Ənsari ağaya maraq göstərdi. Sonrakı səfərdə bir yerdə Həmədana getdik”.
Bir gün isə bir bazar əhli atamın xidmətinə gəlmişdi. Dedi ki, məndə bir zülmət yaranmışdır ki, namazımı diqqətlə qıla bilmirəm. Atam buyurdu: “Ona görədir ki, filan satışında yalan danışmısan. Get istiğfar et və onu aradan qaldır””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930