Bu gecə və sabahın əməlləri
Mьəllif: admin1
Tarix: 15-05-2015, 23:18
Bu gecə və sabahın əməlləri

Məbəs gecəsi və gününün əməlləri
Bu gecə İslam Peyğəmbərinə peyğəmbərlik verilən bir gündür. İslamazeri.az sizə bu gecə və günün əməllərini təqdim edir Şeyx Tusi "Misbahul-Mutəhəccid" adlı kitabında belə buyurur: Əbu Cəfər, İmam Muhəmməd Təqidən (ə) belə rəvayət edir: "Rəcəb ayında, üzərinə günəşin saçdığı hər şeydən daha xeyirli olan bir gecə var. O gecə, Allah elçisi Muhəmmədin (s) peyğəmbərliyə layiq və vəzifələndirildiyi gündür. Bu gün Rəcəbin 27-ci gecəsidir. Bizim tərəfdarlarımızdan o gecənin əməllərini yerinə yetirənlər üçün altmış ilin savabı vardır. Ondan bu savab üçün edilən əməllrə haqqında soruşduqda buyurdu:” Şam və İşa namazlarını qılıb yatdıqdan sonra, gecə yarı olmadan hər hansı bir saatda bu namaz qılınır. 1. 12 rəkətli namazdır. Həmd surəsindən sonra Quranda Muhəmməd surəsindən sonra sona qədər olan bütün surələrdən birini demək. Hər iki rəkətdə salam verərək namazı tamamlamaq, sonra Fatihə, Fələq, Nas, Kafirun, Ayətəl Kürsü ayələri, Qədr surələrinin hamısını yeddi dəfə oxumaq. Daha sonra bu dua oxunur: Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, vələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əsəlukə biməaqidi izzi kəəla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl əəzəmil əzəm, əl əzəm vəzikrikəl əələl əələl əəla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh. ألْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَعَلَى اَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَبِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ، الاْعْظَمِ وَذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَبِکَلِماتِکَ التّامّاتِاَت تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ 2. Qüsl etmək 3- Həzrət Əlini (ə) ziyarət etmək. Məbəs gününün əməlləri Qüsl Oruc tutmaq (bu gün ilin ən üstün 4 günündən biridir) Çoxlu salavat Peyğəmbər (s) və İmam Əlinin (ə) ziyarətini oxumaq 12 rəkətli namaz, namazdan sonra Həmd, İxlas, Nas, Fələq surələrinin hər birini 4 dəfə oxuduqdan sonra bu dua deyilir: 4 dəfə : Lə iləhə illəllahu vəllahi əkbər, və subhənallahi vəlhəmdulilləhivə lə həvlə vələ quvvətə illə billəhil əliyyil əzim ( لا اِلهَ اِلا اللّهُ واللّهُ اَكْبَرُ وَسُبْحانَ اللّهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّبِاللّهِ الْعَلِىِّ الْعَظيمِ) 4 dəfə Allahu, Allahu Rəbbi Lə uşriku bihi şəyən (اللّهُ اللّهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَيْئا) 4 dəfə: Lə uşriku bi Rəbbi Əhədən (لا اُشْرِكُ بِرَبِّى اَحَدا )
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930