Həzrət Məryəm (s) Quran Kərimdə bu məqamları ilə mədh olunmuşdur!
Mьəllif: admin1
Tarix: 22-09-2020, 10:23
Həzrət Məryəm (s) Quran Kərimdə bu məqamları ilə mədh olunmuşdur!

Quran, tarixdə bir neçə şəxsiyyəti böyük xüsusiyyətlə yad etmişdirdir, onlardan biri də Həzrət Məryəmdir.

Quran ayələrində Həzrət Məryəm (s) bu xüsusiyyətlərlə Allah-taala tərəfindən mədh olunaraq yadd edilmişdir:

1-Həzrət Məryəm (s) Allah nişanəsi və qüdrətinin göstəricisidir. "Möminun surəsi, ayə: 50".

2-Həzrət Məryəm (s) İlahi Peyğəmbərin (s) Yəni Zəkəriyyanin (ə) tərbiyyəsi altında böyüdü, "Ali İmran surəsi, ayə: 37".

3-Həzrət Məryəm (s) o həddə ilahi dərgahda məqama çatdı ki, Behiştdən onun üçün fəsli olmayan meyvələr gəldi, "Ali İmran surəsi, ayə: 37".

4-Həzrət Məryəm (s) Allah tərəfindən seçilmiş və pak edilmiş bir xanım idi, "Ali İmran surəsi, ayə: 42".

5-Həzrət Məryəm (s) mələklərlə həmsöhbət olardı, "Ali İmran surəsi, ayə: 42".

6-Həzrət Məryəmə ilahi dərgahdan yeganə Allaha ibadət əmri gəldi, "Ali İmran surəsi, ayə: 43".

7-Həzrət Məryəmin (ə) pak və iffətliliyinə ilahi təsdiq, "Təhrim surəsi, ayə: 12".

8-İlahi şəxsiyyətin (Yəni Həzrət İsaın (ə)) anası olmağa qabiliyyət və məqam tapdı. "Nisa surəsi, ayə: 171".


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930