Yaxşı əməl sahibi olmaq üçün nə etməli?
Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Bəxşiş və yaxşılıq əhlinə çatmayan zaman zay və xarab olur?”.
Həzrət (ə) buyurur: “Xeyr, belə deyildir. Bəxşiş – yağış kimidir, yaxşıya və pisə çatar”. Yaxşı əməl sahibi olmaq üçün nə edək? 1. Minnəti tərk etmək. İmam Əli (ə) buyurur: “Yaxşı işin meyarı - minnət qoymağı onun vasitəsilə tərk etməkdir”. (Hər nə qədər minnətsiz olarsa, daha yaxşıdır). 2. Tez yerinə yetirmək, kiçik hesab etmək, gizlətmək. İmam Sadiq (ə) buyurur: “Yaxşı iş bu üç şey olmadan kamil olmaz: onu tez yerinə yetirmək, onu kiçik hesab etmək, onu gizlətmək. Nə zaman yaxşı işi tez yerinə yetirsən - onu şirin edərsən. Nə zaman onu kiçik hesab etsən - böyütmüş olarsan. Nə zaman gizlətsən - onu kamil etmiş, sona çatdırmış olarsan”. Yaxşı işlərin qoyduğu təsirlər. 1. İnsanı günahdan saxlayar. İmam Əli (ə) buyurur: “Yaxşı işlər insanı büdrəmələrdən saxlayar”. 2. Pis ölümdən amanda qalmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı əməl sahibi pis ölümü özündən dəf edər”. 3. Qiyamət azuqəsi. İmam Əli (ə) buyurur: “Yaxşı işlər görün. Çünki yaxşı iş – axirət üçün ən yaxşı azuqədir”. 4. Ürəkləri cəzb edər. İmam Əli (ə) buyurur: “Hər kim yaxşılığını hədiyyə edər (yaxşılıq edər), ürəklər ona tərəf meyl edər”. Oxşar xəbərlər
|