İblisə (lən) verilən möhlət müqabilində Həzrət Adəm (ə) Allahdan insanlar üçün nələri istəmişdir?
Mьəllif: admin1
Tarix: 17-05-2015, 17:00
İblisə (lən) verilən möhlət müqabilində Həzrət Adəm (ə) Allahdan insanlar üçün nələri istəmişdir?

İmam Baqir (ə) buyurur: “Həzrət Adəm (ə) eşidir ki, şeytan etdiyi ibadətlər qarşısında Allahdan onunla bağlı hacətlər istəmişdir və Allah da ona inayət etmişdir. O zaman deyir: “Pərvərdigara! Şeytanı mənə və övladlarıma hakim etdin və onun mənimlə və övladlarımla bağlı istəklərini yerinə yetirdin, mənə və övladlarıma elə bir şey inayət et ki, onun məkr və hiyləsi qarşısında özümüzü müdafiə edə bilək”.
Xitab gəlir ki, sən də Məndən istə. Nə istəsən sənə verərəm və hacətini yerinə yetirərəm. Adəm (ə) deyir: “Allahım! Mən özümün və övladlarımın xeyirini Səndən istəyirəm. Sən özün Böyük və Həkimsən. Hər nə məsləhət bilirsən, bizim üçün qərar ver”.
Xitab gəlir: “Ey Adəm! Sənin və övladların üçün dünyada bir neçə şeyi qərar verdim ki, şeytanın hacətləri qarşısında olsun. Əvvəl budur ki, nə zaman sən və övladın günah etmək istəsən və onu etməsən, sizin üçün günah yazılmaz.
İkincisi budur ki, nə zaman günahı qəsd etsəniz və onu yerinə yetirsəniz, sizə yeddi saat möhlət verərəm. Əgər tövbə etsəniz, sizin üçün yenə də yazılmaz. Əgər yeddi saatdan sonra tövbə etməsəniz, sizin üçün ancaq bir günah yazılar.
Üçüncüsü budur ki, əgər bəndəlik və yaxşı işləri qəsd etdiniz, ancaq ona müvəffəq olmasanız sizə bir savab yazılar.
Dördüncüsü budur ki, əgər ibadət və xeyir iş görmək istəsəniz və ona müvəffəq olsanız, sizə 10 həsənə yazılar”.
Adəm (ə) deyir: “Pərvərdigara! Sənin fəzlin, kərəmin və səxavətin çoxdur. Onu mənə və övladlarıma daha çox et. Bizi Öz lütfünə və kərəminə nail et”.
Xitab gəlir: “Ey Adəm! Əgər günah etsəniz və sonra peşman olsanız və istiğfar etsəniz - günahınızı bağışlayaram.
Qiyamətə qədər səndən hər nə qədər Allahı tanıyan övlad dünyaya gələrsə, hər bir övladın qarşılığında mələk qərar verərəm ki, onu şeytanın və övladlarının fitnə şərindən qorusun”.
Adəm deyir: “Allahım, lütfünü bizə daha çox et!”.
Xitab gəlir: “Ey Adəm! Tövbəni onlar üçün qərar verdim. O zamana qədər ki, ruh bədənlərindədir, hələ sinələrinə və boğazlarına çatmayıbdır, istiğfar etsinlər və günahlarına görə tövbə etsinlər. Onların tövbəsini qəbul edərəm.
Ey Adəm! (Əgər yenə günahları qalsa və ya tövbə etməyi unutsalar) QIYAMƏT günü bütün günahlarını bağışlayaram və heç kəsdən çəkinmirəm. (Çünki Özüm hakiməm və qüdrət Mənim əlimdədir)”.
Adəm bu sözdən sevindi və dedi: “Bunlar bizə kifayətdir və onlara razı oldum””. (İslami saytlara istinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930