Övliyaların məqamına çatmaq üçün İmam Səccaddan (ə) buyuruşlar
Mьəllif: admin1
Tarix: 21-08-2022, 22:11
Övliyaların məqamına çatmaq üçün İmam Səccaddan (ə) buyuruşlar
İmam Səccadın (ə) bir çox məktub şəklində olan moizələri vardır. Bu məktublardan birini İmam Baqir (ə) bizlərə belə təqdim edir.

Bu məktub Quran ayəsi ilə başlayır: "Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar". ("Yunus" 62).

Bu ayədən belə görünür ki, əziz İmam (ə) İlahi övliyalar haqqında söz açacaqdır. Bu, elə bir məqamdır ki, ona çatan hər bir insana nə bir qorxu olar və nə də axirətləri üçün qəmgin olarlar.

Bu, elə bir məqamdır ki, Allaha ona görə həyatlarına bərəkət verər və Qiyamətləri üçün savabı qoruyub saxlayar. Bu məqama çatmaq üçün İmam (ə) bizə yollar göstərir. Bəs bu yollar hansıdır?

1. İlahi vacibata əməl etmək. İmam (ə) buyurur: "İlahi vacibatı yerinə yetirsinlər". Bu, o vacibatlardır ki, Allah Təala biz insanlara vacib etmişdir.

2. Peyğəmbər (s) sünnətinə əməl etmək. İmam (ə) buyurur: "Peyğəmbər (s) sünnətinə əməl etsinlər".

Bu, həmin göstərişlərdir ki, Həzrət Rəsul (s) Allahın izni ilə insanlara elan edərdi və Allah da yerinə yetirməyi insanlardan istəyərdi.

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun". ("Nisa" 59).

3. Günahdan çəkinmək. "Allahın haramlarından çəkinsinlər". İmamın (ə) üçüncü göstərişi günahdan uzaq olmaqdır. Yəni, özünü günaha batmaqdan qorumaqdır.

4. Dünyadan əl çəkmək. "Dünyanın tez keçən göz oxşayanları qarşısında özündən rəğbətsizlik göstərsinlər".

"Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir". ("Taha" 131).

5. Halal ruzi qazanmaq üçün səy göstərmək. "Allahın halal ruzisi ardınca olsunlar, lovğalanmağı və mal toplamağı istəməsinlər".

İmam (ə) buyurur ki, dünyadan əl çəkmək o demək deyildir ki, inzivaya çəkiləsən. Əksinə, ruzi qazanmaq üçün səy göstərməlisən. İnsan qazandığı ruzinin pak olmağına diqqət etməlidir. Əldə etdiyi ruzi ilə lovğalanmamalıdır. Mal toplamamalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən ən yaxşısı o kəsdir ki, nə dünyanı axirət üçün tərk edər, nə də axirəti dünya üçün. İnsanlara yük olmaz".

6. Allah yolunda infaq etmək. "Vacib haqlardan öhdəsinə olanı əda etsin". Allahın vacib haqları iki cürdür: bir dəstə ibarətdir xüms, zəkat kimi ödənişlərdən.

İkinci haqq isə yoxsulların haqqıdır. Allah hər bir müsəlmana vacib buyurmuşdur ki, malından bacardığı qədər yoxsullara əl tutsun.

"Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi". ("Zariyat" 19).

İmam (ə) bu deyilənlərə əməl edənlərə İlahi bərəkəti müjdə verir və onları Allahın rəhmətinə şamil olan insanlar adlandırır.

Sonda buyurur: "Onlar o kəslərdir ki, Allah onlara əldə etdikləri şeylərə görə bərəkət vermişdir. Axirətləri üçün qabaqcadan göndərdiklərində savab taparlar".


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930