İnsan bu üç müsibət haqqında düşünsə, maddi giriftarlıqları onların qarşısında dəyərsiz və asan olar
Bir kişi İmam Səccadın (ə) yanına gəlir və halından, ruzigarından şikayət edir. İmam (ə) ona buyurur: "Çarəsiz insan hər gün üç müsibətə düçar olar ki, heç birindən ibrət almaz. Əgər ibrət alsaydı, dünya müsibətləri onun üçün asan olardı.
1. Hər gün ömründən keçər və ömrü azalar. Əgər malından bir şey əskilsəydi, yerini doldurmaq olardı. Ancaq ömrünün azalmasının yerini doldurmaq olmaz. 2. Hər gün ona çatan ruzi əgər halal olarsa, hesabı vardır, əks halda cəzası vardır. 3. Bu müsibət hamısından daha böyükdür. Bu da odur ki, hər gün insan ömründən keçər və həmin qədər axirətə yaxınlaşar. Ancaq bilməz ki, behiştə gedəcək, yoxsa cəhənnəmə? Əgər həqiqətən bu üç müsibət haqqında düşünsə, maddi giriftarlıqları onların qarşısında dəyərsiz və asan olar". İmam Səccad (ə) namaz qılan zaman uşağı quyuya düşür. İnsanlar hay-küy salmağa başlayır və nəhayət uşağı quyudan çıxardırlar. Həzrət (ə) namaz qılmağa davam edir. Namazını bitirən zaman soruşurlar ki, niyə uşağının nicatı üçün tələsmədin? Buyurdu: "Mən vəziyyəti bilməmişəm. Çünki böyük Allahımla münacat edirdim". İmam (ə) hər gün ruzi qazanmaq üçün mənzilindən çıxardı. Ona deyəndə ki, hara gedirsiniz? Buyurardı: "Gedirəm ki, ailəm üçün sədəqə verim". Soruşurlar ki, ailənə sədəqə verəsən? Buyurardı: "Hər kim halal ruzi istəyər, Allah yanında onun üçün sədəqə hesab olunar". Bir gün İmam Səccadın (ə) evində yangın baş verdi. Həzrət (ə) səcdə halında idi. İnsanlar bu atəşdən qorxub İmamı (ə) çağırdılar. Hər nə qədər İmamı (ə) çağırdılarsa, İmam (ə) başını səcdədən qaldırmadı. Başqalarının yardımı ilə atəşi söndürdülər. Namazı bitirən zaman soruşurlar ki, sizin diqqətinizi bu atəşdən nə yayındırmışdı? Həzrət (ə) buyurur: "Axirətin atəşi". İmam Baqir (ə) nəql edir: "Mən və bir dəstə insan atamın yanında idik və anidən səhradan bir ahu gəldi və atamın bir neçə addımlığında dayanıb nalə çəkdi. Orada olanlar atamdan soruşdular ki, bu ahu nə deyir? Atam cavab verdi ki, balasını filan ovçu ovlayıbdır və keçən gündən indiyə qədər süd içməyibdir. Xahiş edir ki, uşağını alıb onun yanına gətirək və ona süd versin. İmam (ə) ovçunun dalınca adam göndərir və xəbər göndərir ki, ahunun uşağını da gətirsin. Ana ahu uşağını görən kimi əllərini torpağa vurmağa başladı və ah çəkdi. Sonra da balasına süd verdi. İmam (ə) ovçudan xahiş etdi ki, ahunun balasını asad etsin. O, da qəbul etdi və İmam (ə) da balasını ahuya verdi. Ahu öz dilində nəyisə deyib, balasını götürüb getdi. Orada olanlar atamdan soruşdular ki, ahu nə deyir? Atam buyurdu: "Sizin üçün Allah dərgahında dua etdi və sizin üçün yaxşı savab istədi". (İslami saytlara istinadən) Oxşar xəbərlər
|