Allah şeytanı nə üçün yaratdı?
Mьəllif: admin1
Tarix: 21-09-2019, 21:29
Allah şeytanı nə üçün yaratdı?
Tez-tez belə suallarla qarşılaşırıq: Şeytan kimi alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?

İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır.

Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır. Demək, şeytan ilk əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur.

İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir.

İnsan yalnız güclü düşmənlə qarşılaşdığı zaman öz qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın. Yalnız güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.

«Nəhl» surəsinin 99 və 100-cü ayələrində buyurulur: «Həqiqətən, iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir».
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930