Ayətullah Behcət: “Əgər Həzrət Hüccət (ə) üçün darıxırsınızsa, Qurana nəzər salın”
Ayətullah Behcətin xatirəsinin anma gecəsində çıxış edən Ayətullah Behcətin oğlu Ayətullah Əli Behcət atası haqqında belə danışır:
“Ayətullah Behcət bu fikirdə idi ki, hər kim hansı şəhərdə olursa-olsun, gərək o yerin insanlarını tanısın. Onların ehtiyaclarını aradan qaldırmağa çalışsın. Ayətullah Behcət nəfsinin islahı nəticəsində bəndəlik yolunda imtiyaz əldə etmişdi. Bu məsələ ölənə qədər heç kimə məlum deyildi. Əllamə Cəfəri mənə buyurmuşdu ki, Ayətullah Behcətə xidmət etməyimin qədrini biləm. O, belə deyərdi: “Elə bu bir dənə qalıbdır, onu səndən alanda başa düşəcəksən. Bəlkə yüz il onun kimisi gəlməyəcəkdir”. Ayətullah Behcət Həzrət Bəqiyətullahı (ə.f) həmişə görərdi və bu fikirdə idi ki, başqaları onun səsini eşitməmişdən qabaq o, Həzrətin kəlamlarını eşidərdi. O, deyərdi ki, hər kim Həzrət Hüccət (ə.f.) üçün darıxır, Qurana nəzər salsın. Qurana, Həzrət Hüccətə (ə.f.) və Kəbə evinə nəzər salmağın hökmü eynidir. O, dərs oxumaqda və ibadətdə ciddi idi. Ayətullah Behcət danışardı ki, 14 yaşında Kərbəlaya təhsil almaq üçün getmişdir. Elə birinci günü Həzrət Seyyidi-Şühədanın (ə) hərəminə gedir. Elmi hövzənin müəlimlərindən birini namaz qılan zaman müşahidə edir. Onun namazını fövqəladə hesab edir və sabahkı gün onun namazında iştirak edir. Ayətullah Behcət buyurur ki, cümə gününün sübh namazında “Cümə” surəsini oxuyardı. Bu cür namazı ömrümdə bir neçə nəfərdə görmüşdüm. Onlardan biri Şeyx Əhməd Səyidi idi. Ayətullah Behcət günahı şirkə bənzədirdi. Ayətullah Behcət bütün İslam dünyasına və insanlarına aiddir. Həccə ziyarət edən zaman Argentinadan olan bir müəllim mənə demişdi: “Argentina müsəlmanları Qum camaatından daha çox onun ayrılığına üzülmüşdü”. Oxşar xəbərlər
|