Həzrət Peyğəmbərin (s) Şəban ayının son cüməsindəki xütbəsi
Mьəllif: admin1
Tarix: 20-04-2017, 23:03
Həzrət Peyğəmbərin (s) Şəban ayının son cüməsindəki xütbəsi
İmam Baqir (ə) buyurur: "Allahın Peyğəmbəri (s) Şəban ayının son cüməsində xütbə oxuyur və Allaha həmd edib buyurur...

"Ey insanlar! Sizə elə bir ay kölgə salmışdır ki, onda elə bir gecə vardır ki, min aydan da üstündür. Bu ay - Ramazan ayıdır. Allah gündüzləri oruc tutmağı vacib etmiş və gecələrində müstəhəb namazı qərar vermişdir. Hər kim onun bir gecəsində müstəhəb namaz qılar, sanki başqa aylarda 70 gecə müstəhəb namaz qılmışdır. Hər kim bu ayda yaxşı əməllərdən olan müstəhəb əməli yerinə yetirər, savabı o kəsin savabı kimi olar ki, İlahi vacibatlardan vacibatı yerinə yetirmişdir. Hər kim onda Allahın vacibatlarından vacibatı yerinə yetirərsə, o kəs kimi olar ki, başqa aylarda İlahi vacibatlardan 70 vacibatı yerinə yetirmişdir.

Bu ay - səbir ayıdır. Səbirin savabı isə behiştdir. Bu, elə aydır ki, Allah möminin ruzisini onda çoxaldar. Hər kim onda mömin oruc tutana iftar verər, Allah yanında onun üçün bir qulu azad etməyin və keçmiş günahların bağışlanmasının savabı olar".

Deyirlər: "Ey Peyğəmbər! Bizlərin hamısı oruc tutanlara iftar vermək qüdrətində deyilik".

Həzrət (s) buyurur: "Allah Kərimdir. Bu savabı o kəsə də verər ki, iftar vermək üçün bir neçə qurtum süd, ya su və ya bir neçə xurmadan çoxuna qüdrəti çatmaz. Hər kim bu ayda quluna qarşı asanlıq edər, Allah da hesabını asan edər.

Ramazan ayı - o aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəm atəşindən azad olmaqdır.

Siz dörd sifətdən ehtiyacsız deyilsiniz. İki sifətlə Allahı özünüzdən razı edərsiniz, iki sifət isə ondan ehtiyacsız deyilsiniz. Allahı razı saldığınız o iki sifət buna şəhadət verməkdir ki, Allahdan başqa məbud yoxdur və mən də Allahın Rəsuluyam. Ancaq ehtiyacsız olmadığınız o iki sifət isə budur ki, Allahdan ehtiyacınızı və behişti tələb edəsiniz. Allahdan afiyət istəyin və atəşdən Allaha pənah aparın"".
(Tebyan)/Deyerler.org/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930