Təvazökarlıq
![]() Təvazökarlıqın mənası və həqiqəti Təvazökarlığın həqiqəti budur ki, insan özünü başqalarından üstün saymasın, əksinə başqalarını özündən üstün bilsin. Təvazökarlıq təkəbbürün əks hissəsidir. Necə ki, keçən dərslərdə təkəbbür barədə dedik: "Təkəbbür insanın özünü başqalarından böyük və üstün sanmasıdır." Təvazökarlığın mədhi və tərifi barədə ayələr və hədislər 1- Qurani-kərim 25-ci Furqan surəsinin 63-cü ayəsində buyurur: وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər." 2- Qurani-kərim 26-cı Şüəra surəsinin 251-ci ayəsində buyurur: وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ "Sənə tabe olan möminləri qanadın altına al. (onlarla ən ali təvazökarlıqla rəftar et) 3- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: فإنه من تواضع لله رفعه الله "Allaha xatir təvazökarlıq edən insanı Allah ucaldar." Tuhəful uqul 46-cı səhifə 4- Əmirəlmöminin Əli əleyhissalam ömrünün son günündə etdiyi vəsiyyətdə buyurur: عليك بالتواضع فانه من اعظم العباده "Sənə təvazökar olmağı tövsiyə edirəm, çünki təvazökarlıq ən böyük ibadətlərdəndir." Əmali Tusi 1-ci cild 6-cı səhifə 5- İmam Cəfər Sadiq əleyhissalam buyurur: فيما أوحى الله عز وجل إلى داود ( عليه السلام ) يا داود كما أن أقرب الناس من الله المتواضعون كذلك أبعد الناس من الله المتكبرون "Allah Taala Davud peyğəmbərə belə vəhy etdi: -Ey Davud! Allaha ən yaxın insanlar təvazökar insanlardırlar, necə ki, Allahdan ən uzaq olan insanlar təkəbbürlü insanlardırlar." əl-Kafi 2-ci cild 124-cü səhifə 6- Həzrət Loğman əleyhissalam öz oğlunu nəsihət edərkən buyurur: قال لابنه: تواضع للحق تكن أعقل الناس ، وإن الكيس لدى الحق يسير "Haqq qarşısında həmişə təvazökar ol, onda insanların ən ağıllısı olarsan. Həqiqətən əsl zirək adam haqq qarşısında təslim olan şəxsdir." Vəsailuş şiə 15-ci cild 206-cı səhifə 7- Əmirəlmöminin Əli əleyhissalam buyurur: زينة الشريف التواضع Təvazökarlıq şərafətli (böyük) insanın zinəti və bəzəyidir." Biharul ənvar 75-ci cild 120-ci səhifə. Oxşar xəbərlər
|