"Ramazan ayı şeytanın və şeytani davranışların təqva, ibadət və rəhmani davranışlarla üz-üzə gəldiyi aydır."
Mьəllif: admin1
Tarix: 12-06-2015, 12:37
"Ramazan ayı şeytanın və şeytani davranışların təqva, ibadət və rəhmani davranışlarla üz-üzə gəldiyi aydır."
Ayətullah Xamenei Ramazan ayı haqqında.

Ramazan ayı şeytanın və şeytani davranışların təqva, ibadət və rəhmani davranışlarla üz-üzə gəldiyi aydır. Bu qarşıdurma meydanında şeytanın mühüm bir hədəfi, təqvanın da çox vacib bir funksiyası var. Şeytanın məqsədi insanların məntiqi düşüncəsində çaşqınlıq yaratmaq, onları yanlış hesablamalara sürükləmək və bu yanlışlıqlar əsasında davranmağa sövq etməkdir, təqva isə insanın məlumatlılığı və gözüaçıqlığı, haqla batili bir-birindən ayırd etməsi üçün zəmin yaradır.

İnsanları yanlış məntiqə sövq etmək üçün şeytanın istifadə etdiyi iki başlıca vasitə qorxu aşılama və şirnikləndirmədir. Şeytan bir yandan insanları təhdid edərək qorxuya salır, digər tərəfdən isə aldadıcı vədlərlə onların gözü önündə ilğım kimi yalançı və uydurma bir gələcək canlandırır.

Ramazan ayı tövbə və Allaha qayıdış ayı, pis əməl, niyyət və düşüncələrin cəhənnəmindən yaxşı əməl, niyyət və düşüncələrin cənnətinə doğru irəliləmək üçün zəmin yarandığı bir aydır. Mübarək Ramazan ayının dualarının insana öyrətdiyi ali təlimlərdən biri də ağılla, hədəfini müəyyən edərək hərəkət etmək, tənbəllik və işsizlikdən uzaq olmaq, həvəssizlik, səhlənkarlıq, rəhmsizlik, mühafizəkarlıq və qəflətdən çəkinməkdir. /maide/


nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930