Namazda salamın səbəbi
“Salam”ın mənası və onun namazda yozumu Allahın mərhəmətinin namaz qılan bəndəsinə şamil olmasıdır.
Bu Həzrət Əlidən (ə) nəql edilən hədisdə də qeyd edilir: “Əs - səlamu əleykim və rəhmətullahi bərəkatuh” ifadəsinin açması və yozumuı budur ki, Allahdan rəhmət və mərhəmət dilənilir. Bu cümlənin mənası həqiqətədə budur ki, namaz sizin qiyamət günü əzabdan qoruyucuniz və əmin - əmanlıq vasitənizdir. Həzrət sonra buyurdu: "مَن لَم يَعلم تَأويل صلاته هكذا فهي خذاج، اَي ناقِصه". “Namazının yozumunu belə sanmayanların namazı qüsurludur”. Namazda salamın səbəb və hikməti barəsində İmam Rızadan (ə) belə nəql edilir: Bir kəs belə sual verə bilər: Niyə namaz qılanın namaz vəziyyətindən çıxması üçün məhz “salam” deməsi vacib buyurulur?. Niyə onun yerinə təkbir, təsbih və başqa bir əməl qərar verilməyib? Onun sualının cavabında belə deyilr: Çünki məxluqun (insanın) namaza girməsi ilə danışığı haram olur, ona öz diqqətini Allaha salması lazımdır. Onun bu vəziyyətdən çıxması və namaz halından sərbəst olması üçün elə məxluqun (insanların) kəlmə və sözləri yəni “salam” deməsi gərək olur... İmam Sadiqdən (ə) namazda salamın vacib olması ilə bağlı nəql edilən hədisədə isə deyilir: لانّه تحليل الصلاه “Ona görə ki, salam namazı boşlamağa (buraxmağa, namaz halndan çıxmağa) səbəb olur”. Oxşar xəbərlər
|