Dünyanın acısı - axirətin şirinliyidir, dünyanın şirinliyi isə axirətin acısıdır
Mьəllif: admin1
Tarix: 15-06-2015, 15:34
Dünyanın acısı - axirətin şirinliyidir, dünyanın şirinliyi isə axirətin acısıdır
İmam Əli (ə) buyurur: "Dünyanın acısı - axirətin şirinliyidir, dünyanın şirinliyinin ardınca isə axirətin acısı gələr".

İmam Əli (ə) buyurur: "Haram dünya zəhərli ilan kimidir, dərisi yumşaqdır, ancaq daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona meyl edər, bilikli aqil ondan uzaqlaşar".

İmam Əlinin (ə) bu nurani kəlamı onu göstərir ki, insan həyatında bacardığı qədər cəlbedici görünən haram dünyadan şiddətlə çəkinməlidir. Çünki əks halda dünya zahiri və cəlbediciliyi ilə rahatlıqla insan qəlbini fəth edə bilər. Belə bir vəziyyətdə deyə bilərik ki, dünyanın ölümcül təsiri insanın ətəyindən yapışar, insanın əbədi həyatını möcüzəli şəkildə öz mühasirəsi altına alar.
Dünya haqqında onu deyə bilərik ki, Quranın və hədislərin dəfələrlə tövsiyəsinə baxmayaraq insanların bir hissəsi dünyadan ikiəlli yapışıblar. Heç bir qiymətə hazır deyildirlər ki, onun haram işlərindən əl çəksinlər.
İmam Əli (ə) bu cür insanlara xitab edərək buyurur: "Dünyanın acısı - axirətin şirinliyidir, dünyanın şirinliyinin ardınca isə axirətin acısı gələr".
İmamın (ə) bu sözlərdən belə nəticəyə gəlmək olar ki, insan bu bir neçə günlük dünyada nəfsini saxlayıb, ona hakim olsa və dünyanın haram ləzzətlərinə göz yumsa, uzun çəkməz ki, Allah Qiyamət günü onu behiştin ən gözəl nemətlərindən bəhrələndirər.
Bu gün insanların ən böyük porblemi odur ki, dünyanın qısa və azömürlü olmasına heç kəs diqqət etmir. Əsl hədəfləri dünyadır, dünyanı dəyərsiz mal-dövləti, sərvətidir. Dünya malı çoxlarının gözünü kor və dilini lal etmişdir.
Halbuki, Xaliq dəfələrlə Öz nurani ayələrində insanları bu qəflət yuxusundan ayrıltmağa çalışır və həqiqətləri görmək üçün tövsiyələr verir. "Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir". ("Kəhf" 45).

Allah Təala bu nurani ayəsində insanın ilk və son günlərini təsvir etmiş və onu bitkiyə bənzətmişdir. Dünyanı isə susuzların üzərinə yağan yağış damcılarına bənzədir.
Bu həyatverici yağışın yağması ilə yerdə gizlənən bitkilər təzə təravət və ruh əldə edir, böyüyürlər. Dağlar, diyarlar, səhralar gül və çiçiəyə bürünərlər. Rəngarəng güllər və çiçəklər hər yeri bəzəyər. Sanki hamısı gülür və vəcdə gəlirlər. Biz insanlar da bir gün uşaq olmuşuq. Sanki əvvəl açılmamış qönçə və sonra da təravətli gül olmuşuq. Sonra qocalıb, əldən düşmüşük. Bir müddət bu halda qalandan sonra ölüm tufanı gəlir və bədənimizin qurumuş yarpaqlarını özü ilə aparır.
Bəli, bu dünyanın təbiətindəndir ki, heç kim - istər yaxşı olsun, istərsə də pis - burada davamlı olaraq qalmamışdır. Ona görə də biz insanlar gərək dünyaya çox qapılmayaq, onun sevgisini qəlbimizin dərinliklərinə nüfuz etdirməyək. Çünki bu zaman ömrümüzün ən böyük sərmayəsini bada vermiş olarıq. Dünya, ona qarşı bu qədər sevgimiz və dostluğumuza isə rəhimsiz cavab verir və bizi cansız və ruhsuz bədənimizlə tək buraxır.

Bir gün Həzrət Davud (ə) evindən çıxır və Zəburu oxuyur. Həzrətin (ə) səsinin gözəlliyi o qədər çox idi ki, bütün vəhşi heyvanlar, quşlar, hətta dağlar və səhralar belə ona qulaq asırdılar. O, bu vəziyətdə gedir və dağın ətəyinə çatır. Dağın başında isə Hezqil adlı başqa bir peyğəmbər ibadətlə məşğul idi. Bu peyğəmbər heyvanların səsini və dağların titrəyişini eşidən zaman başa düşür ki, Davud (ə) Zəburu oxuyur. Həzrət Davud (ə) ona deyir: "Ey Hezqil! Mənə sənin yanına gəlmək üçün icazə verirsənmi?". Həmin peyğəmbər deyir: "Yox". Həzrət Davud (ə) ağlamağa başlayır. Allah tərəfindən Hezqilə (ə) vəhy gəlir: "Davuda icazə ver". Ona görə də Hezqil Davudun əlındən tutur və dağa qaldırır. Həzrət Davud (ə) ondan soruşur: "Heç günah qəsdi etmisənmi?". Hezqil (ə) deyir: "Yox". Davud (ə) deyir: "Heç qürura və təkəbbürə düçar olmusanmı?". Deyir: "Yox". Davud (ə) deyir: "Heç dünyaya və onun haramına meyl etmisənmi?". Deyir: "Bəli". Davud (ə) deyir: "Bəs bu meyli özündən necə uzaqlaşdırmısan?". Hezqil (ə) deyir: "Nə zaman məndə bu meyl yaransa, bu mağaraya daxil oluram və orada olanlara nəzər salıram. Bu meyl də məndən uzaqlaşır".

Həzrət Davud (ə) onunla bir yeydə mağaraya daxil olur. Görür ki, bu mağaranın ortasında bir taxta qoyulmuşdur və üzərinə də insan kəlləsi və sümük parçaları yığılmışdır. Onun yanında isə poladdan bir lövhə görür və bu lövhəyə belə yazılmışdı: "Mən filan padşaham və bu qədər padşahlıq etmişəm. Minlərlə şəhər inşa etmişəm. Ömrümün axırı gördüyün kimidir. Torpaq mənim xalçamdır, daş mənim balışım, ilanlar və əqrəblər isə qonşularımdır. Hər kim məni ziyarət edər, dünyaya məftun olub, ona aldanmasın".

Bəs dünya bizim ona qarşı olan sevgimizin muzdunu belə verir. Ona görə də dəyərsiz dünya malına görə ömrümüzü puç etməyək və ona aldanmayaq.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031