Qəlbin sağalması üçün İmam Səccaddan (ə) 3 dərman
1. Qohumlara sileyi-rəhm etmək və qonşulara yaxşılıq etmək - ilk dərmandır.
İnsan başqalarının qəminə şərik olmadan, insanlığın ən ali səviyyəsinə çata bilməz. Bu, istər qohumları olsun, istərsə də qonşuları. Peyğəmbərlərin (ə) və İlahi Övliyaların (ə) bu qədər çətinliklərə baxmayaraq, insanları düz yola hidayət etməsinin sirri bundadır. Biz hamımız bu təcrübənin həyatımızda şahidi olmuşuq. O zaman ki, başqalarına az də olsa, kömək edirik, özümüzdən asılı olmayaraq, daxilimiz də yaxşı olur. İndi bayram ərəfəsində qohumlara və qonşulara baş çəkmək üçün yaxşı fürsətdir. İmam (ə) buyurur: “O zaman ki, deyir: Ata və anana ehsan et”. Demir ki, yaxşı və ya pis valideynə! Demir sağ və ya ölü valideyninə. Çox vaxt atalar və analar pul istəmirlər. Ancaq elə bir iş görməliyik ki, ata və ana dilinə gətirməmiş onların cibinə pul qoyaq. “Heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin”. (“Bəqərə” 83). Hədilsərdə oxuyuruq ki, əgər qohumlarından kimsə yoxsuldursa, başqa yerə pul xərcləsən, bu, sənin pulun olmaz. Çünki qohumun yoxsuldur, ancaq sən başqa yerə pul xərcləyirsən. Əgər xalanın, bibinin evində bir zəruri qida yoxdursa, sən necə dostlarınla oturub kabab yeyə bilərsən ? Sirat körpüsünün bir tərəfində qohumlar və o biri tərəfində əmanət durur. Əgər qohumlarına yardım etmisənsə, əmanətə xəyanət etməmisənsə, buradan rahat keçəcəksən. Ancaq bunlardan birinə əməl etməsən, süqut edərsən. 2. Mal-dövləti zəkat və xüms ilə pak etmək. Bu gün cəmiyyətdə ən çox yayılmış problemlərdən biri də mal-dövlətə olan hərislikdir. Çoxları mallarını zəkat və xüms verərək pak etmək istəmir. İslam du vacibatı ona görə buyurmuşdur ki, sərvətlilərin sarayının kənarında yoxsulların daxması durmasın. Əgər insan malını pak etmək istəmirsə, hərisliyin əsiridirsə, dünya sevgisi get-gedə artacaqdır. Əgər müsəlman malının xümsunu verməzsə, malı halal olmaz. Ondan istifadə edə bilməz, yemək, paltar ala bilməz. 3. Başqaları ilə insaflı olmaq. “Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (Hucurat 10) Bəli, bu ayədən göründüyü kimi, müsəlmanlar bir-biri ilə qardaşdırlar. Yəni, insanları bir-birinə yaxınlaşdıran amil imanlarıdır. Siyasətin, iqtisadiyyatın, irqin iman qədər qüvvəsi yoxdur. “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (Ali-İmran” 103). Əgər qəlbdə kin olarsa, qanadları bağlanmış quş kimi olar. Göyə uçmaq istəyər, ancaq süqut edər. İmam Səccadın (ə) bu dərmanlarına əməl etsək, qəlbimiz şəfa tapar. Əgər kimsə bizə zülm etsə belə bu dərmanın yardımı ilə onun kinini qəlbimizdən çıxardıb, ona qarşı insaflı olarıq. Ancaq əgər o insan Allaha görə bizim düşmənçilik edərsə, bu zaman ona qarşı biz də düşmən olarıq. Çünki onun getdiyi yol - şeytan yolu olar. Oxşar xəbərlər
|