Zikr
Allah-taala buyurub: “وَ لا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فاعِلٌ ذلِكَ غَدا إِلاَّ أَنْ يَشاءَ اللَّه” (1) (Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!” – de.) Əxlaqi məqamlardan biri də zikrdir. Yəni, insan aləmlərin Rəbbini yadına salsın və unutmasın. Mümkün varlığın Allah-taalanın hüzurunu yaranış baxımından unutması qeyri-mümkündür. Çünki, insanın özünə qarşı vasitəsiz olan elminə görə, özünü unutmadığı kimi, Allahı da yaranış baxımından unutmur. Quranda buyurulur: “نَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَريد” (2) (Biz ona (insana) şah damarından da yaxınıq!). Amma, bəzi vaxtlar insan şəri baxımdan olaraq Allahı unudur. Buna əsasən, mübarək ayədə buyurulur: ” وَ لا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فاعِلٌ ذلِكَ غَدا” Yəni, Ey Peyğəmbər (s)! “Mən filan işi görəcəyəm!” – demə! “إلا أن يشاءَ الله” Ancaq: “Allah istəsə edəcəyəm!” – de.) Bu feli tovhidin ən son dərəcəsidir. Bu tovhid “لا حول و لا قوة إلا بالله” (Allahdan başqa heç bir hövl və qüvvə yoxdur) yaxud, “بحول الله و قوته أقوم و أقعد” (Allahın hövl və qüvvəsi ilə qalxıram və otururam) dərəcəsidir. Feli tovhiddə, insan özünü öz fellərində müstəqil bilmir. Özü üçün müstəqil vücud fərz etmir. Ayədə buyurulur: “لِلَّهِ جُنُودُ السَّماواتِ وَ الْأَرْض” (3) (Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır.). Tufanda suyun nə etdiyini gördünmü? Ad qövmü ilə küləyin nələr etdiyini gördünmü?-(Şerin-növbəti-misrasını-başa-düşmədim)( گر نبودی واقف از حق جان باد فرق کی کردی میان قوم عاد؟). Deməli, bütün varlıqlar, o cümlədən özümüz, Allah-taalanın ordusuyuq və Allah-taalanın tədbir və əmrlərinin təsirindəyik. Mümkün varlıq vacib varlığın qarşısında, yanında bir ədəd olmayınca sıfıra bərabərdir. Heç və puçdur. Mümkün varlıqlar həqiqətdə Allahın kölgəsidirlər. Kölgə o vaxta qədər var ki, kölgənin sahibi var. Əlbəttə, bu məsələlər cəbr (əməllərdə Allah tərəfindən məcbur olma) əqidəsi anlamında deyil. Əksinə, “لَا جَبْرَ وَ لَا تَفْوِيضَ بَلْ أَمْرٌ بَيْنَ أَمْرَيْن” (Nə cəbr, nə də təfviz (Allahın insanları başlı-başına buraxması). Əksinə, iki yol arasında.) Quranda buyurulub: “وَ اذكُرْ رَبَّكَ إِذا نَسيت” (4) (Ey insan! Unutduğun zaman Rəbbinin yada sal.) Cənab Əllamə Təbatəbayi bu ayənin təfsirində demişdir: -“Əgər Allahını unutsan, yenidən onu yada sal”. Unutqanlığın nümunələrindən biri də, qürur, təkəbbür və mənəm-mənəmlikdir. İnsan təhəccüd (gecə ibadətləri), zikr və s. yaxşı əməllər etdikdə, belə düşünür ki, özünün bacarıq və qüvvəsi ilə bu işləri görmüşdür. Buna görə, təkəbbür və qürur yaranır. Biz diqqət etməliyik ki, bu halət “Allahdan başqa heç bir hövl və qüvvə yoxdur” deyən feli tovhidlə ziddiyyət təşkil edir. Bir göz qırpımı belə o şahdan qafil olmayaq. Bəlkə bir nəzər salar, lakin agah olmayaq. Mən-mən demək uşaq sözüdür. Şeytan qürurla ilk dəfə demişdir ki; “أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَني مِنْ نارٍ وَ خَلَقْتَهُ مِنْ طينٍ” (5) (“Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”) Xüsusilə də, insan intiqam almaq məqamına çatdıqda, qürur və təkəbbürün son dərəcəsinə çatır. Allah buna görə buyurub: “وَ اذكُرْ رَبَّكَ إِذا نَسيت” (Unutduğun zaman Rəbbinin yada sal.) İnsan İlahi ədəblər və İslam maarifi ilə ədəblənməlidir. Bilməliyik ki, fəth və zəfər Allah tərəfindən gəlir. Rəhmətlik İmam Xomeyni heç vaxt “mən” demədi. “İttilaat” qəzeti “Ruhanilər və dövlət razılığa gəldilər!” başlığı altında məqalə dərc edən zaman, İmam Xomeyni (Allahın rəhməti ona olsun) Məscidi-əzəmin minbəri üstündən dedi: -“Kim razılığa gəlib? Bu çürümüş tələbə, Xomeyni razılığa gəldi?!” Bir neçə kəlmə də zikr barədə danışaq. Allah Rəsulu (s) buyurmuşdur: -“Ən yaxşı zikr “La ilahə illəllah”dır”. “Subhanəllahi vəl-həmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər” hərtərəfli zikrdir. Hədisdə deyilib ki, sübh və işa namazlarından sonra yeddi dəfə “La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” zikri demək müstəhəbdir. Cənab Əllamə Təbatəbayi Mərhum Qazidən belə nəql edirdi: -“Yatan zaman “La ilahə illəllah” zikrini təkrar edin. Sonra isə, yalnız “Əllah, Əllah” deyin və Allah kəlməsi ilə yuxuya gedin. Çünki, mümkündür ki, insanın canı yuxuda alınsın: “اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حينَ مَوْتِها” (6) (Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman alar). Zikrin dərəcələri var. Birinci dillə zikr. Dil Allah-taalanı zikr etdiyi zaman, qüdsi hədisdə deyildiyi kimi, “أَنَا جَلِيسُ مَنْ ذَكَرَنِي” (Mən, Məni zikr edənlə birgə olaram) Allah dillə birgə olar. Həqiqətdə isə, insanın özü ilə birgə olar. İkinci isə qəlbi zikrdir. Yəni, insan qəlbində Allahı yad edir ki, bunun məqamı daha üstündür. Səni xatırlatmayan hər bir şey unudulmalıdır. Sənin zikrindən başqa hər bir şey söndürülməlidir. Allah-taala, inşa Allah hamıya elm və əməlin uca məqamlarını əldə etməyi inayət etsin. Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun. Qeydlər: (1) “Kəhf” surəsi, 23 və 24-cü ayələr. (2) “Qaf” surəsi, 16-cı ayə. (3) “Fəth” surəsi, 4-cü ayə. (4) “Kəhf” surəsi, 24-cü ayə. (5) “Əraf” surəsi, 12-ci ayə. (6) “Zumər” surəsi, 42-ci ayə. Oxşar xəbərlər
|