Ramazan ayı Əxlaq ayıdır
Mərhum Şeyx Tusi gözəl bir hadisə nəql etmişdir: -Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: "Mən meraca gedəndə bir növ qəsrlər( saraylar) gördüm, çox gözəl idilər.
Ramazan ayı Əxlaq ayıdır. Mən gördüm ki, bu qəsrin içərisindən çöl görsənir, amma çöldən qəsrin içərisi görsənmir. Cəbraildən soruşdum ki, bu qəsrlər kimlərindir? Cəbrail dedi: Bu qəsrlər o adamlarındır ki, onların həyatda bu 4 xüsusiyyəti olsun. 1- "Danışıqları və sözləri pak olan." Deməli insanın sözləri pak və təmiz olmalıdır. Qeybət etməməli, söyüş söyməməli, ədəbsiz sözlər işlətməməli, yalan danışmamalı... Bir hədisdə oxuyuruq: "Nə qədər oruc tutanlar var ki, Ramazan ayından onlara qalan yalnız aclıq və susuzluq olur." Allah Taaladan istəyək ki, bizim zəhmətimizi hədərə getməyə qoymasın. Sevimli Peyğəmbərimizdən rəvayət edilən hədislərin birində həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: "Əgər orucluqda bir kimsə sizi söyərsə siz başınızı aşağı salaraq desəniz: -çıx get, mən orucam, ona görə də Allaha xatir sənə heç nə deməyəcəyəm, və danışmasanız, Allah buyurar: -bu insan Mənə görə söyüş və nalayiq hərəkətləri tərk etdiyi üçün Mən də cəhənnəmi ondan uzaqlaşdırıram, onu cənnət əhlindən qərar verirəm. Bu vaxt əmirəlmöminin Əli əleyhissalam buyurdu: Ey Allahın Peyğəmbəri, sözlərimizin pak olması üçün nə edək,... hansı zikrləri deyək? Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: -Bu zikri çox deyin سبحان الله والحمد لله ولا اله الا الله والله اكبر Sübhan Əllahi, vəlhəmdu lillahi, və la ilahə illƏllahu, vallahu əkbər 2- "Oruc tutmaqda davam edən" Oruclarını davam etdirirlər, yəni nə qədər ki, sağdırlar və oruc tumağa qüdrətləri var həm vacibi Ramazan ayının orucunu hər il tuturlar, həm də bacaqdıqları qədər müstəhəb oruclar tuturlar. Əgər xəstəlikləri varsa, həkimə gedib özlərini müalicə etdirirlər ki, mübarək Ramazan ayında oruc tuta bilsinlər. 3- "Yemək yedizdirən" Yemək yedizdirən cümləsi çox geniş mənadadır. Hər bir insanın ruhiyyəsində başqalarını yedizdirmək həvəsi və istəyi olmalıdır. Həmin məclisdə əmirəlmöminin Əli əleyhissalam soruşdu: Ey Allahın Peyğəmbəri, "yemək yedizdirən" kimlərdir? Həzrət Muhəmməd səllAllahu əleyhi və alih byurdu: -"İnsan öz ailəsinə yalnız halal ruzi yedizdirsiz." Bəli, çalışaq ki, iftarımız halaldan olsun. Hara gəldi yemək yeməyə getməyək. Baxaq görək iftarı verənin gəliri haradandır... 4- "Gecələr camaat yatan vaxt yuxudan durub ibadət edən" Mübarək ramazan ayının gecələrində Quran oxumaq, dua etmək və ibadətlə məşğul olmaq bu ayın fürsətlərinin bəhrələnməyin əlamətidir. İmam Rza əleyhissalam buyurur: "Ramazan ayı rəhmət ayıdır, bağışlanma ayıdır. Əgər sən bu ayda bağışlana bilməsən daha hansı ayda bağışlanacaqsan?!" Belə fürsət həmişə bizə nəsib olmur. Allah Taala hamımızı bu ayda bağışlanmış insanlardan qərar versin. Əxlaqqımızı saflaşdırmaqda bu ay bizim üçün misilsiz fürsətlər və imkanlar ayıdır. Oxşar xəbərlər
|