Ayətullah Xamenei və Ramazan ayı...
Mьəllif: admin1
Tarix: 27-06-2015, 14:02
Ayətullah Xamenei və Ramazan ayı...

Ramazan ayı, qənimət sayılacaq, bərabəri olmayan bir fürsətdir...

-Uca Allah, insanı tərbiyə olunmağa möhtac bir şəkildə yaradıb. Buna görə də insanın həm cismən, həm də ruhən tərbiyə olunması lazımdır. Mənəvi tərbiyə kateqoriyasına düşüncənin inkişaf etdirilməsi və ağlın gücləndirilməsi aiddir.

Nəfsi saxlamaq, qəzəbə, şəhvətə nəzarət etmək mövzusu isə nəfs təzkiyəsi adlanır.
Doğru əllərdə və lazım olduğu kimi tərbiyə edilən insan uyğun müəssisələrdə işlənərək istənilən şəklə çevrilən maddə kimidir. Belə bir insanın varlığı bərəkət və xeyrin qaynağı olacağı kimi, dünya və insanların qəlbinin abad edilməsi üçün lazım olan potensiala da sahib hala gələcək.

Təmizlənmiş bir nəfsə sahib hər insanı gözləyən son, ilk gündən bu günə və bu gündən sabaha qədər hər kəsi gözləyən sonla fərqlidir. Yəni, qurtuluş, əbədi yaşam, xoşbəxtlik və cənnət.

İlk peygəmbərdən tutmuş, insanların ən üstünü olan sonuncu peyğəmbər Hz.Məəammədə(s) qədər bütün peygəmbərlərin göndəriliş səbəbi təlim və təzyikədir. İnsanları zehni və mənəvi olaraq yetişdirib kamal mərtəbəsinə daşımaq üçün vəzifələndirilmişdilər.

Mənə və sizlərə yerinə yetirməyimiz üçün bir əmr olan bütün ibadət və şəri vəzifələr, əslində təzkiyə və tərbiyə üçün bir vasitədir.

Bizim kâmil insan mərtəbəsinə yetişməyimizi saxlayan bir növ idmandır. İdmandan təmamilə uzaq bir bədən zamanla gücsüzləşib ziyan olacaqdır. Əgər sağlam, güclü və gözəl biçimli bir vücuda sahib olmaq istəyiriksə idman etməliyik.

Bu mənada, ibadət də bir idmandır və ibadətdən uzaq olan bir bədən də zamanla çürüyər. Oruc bədənin sağlamlığı üçün bir idmandır.

Yəni namaz, infaq, günahlardan uzaq durmaq seçimi, yalan danışmamaq, insanların yaxşılıını istəməyin hamısı bədən və ruh üçün bir idmandır. Bu idmanı edən adam güclü və təmiz bir ruha sahib olur. Əks təqdirdə, xarici götrünüş olaraq gözə xitab edən zahiri bir gözəlliyə sahib ola bilərsiniz bəlkə, amma kasıb və hər zərbəyə açıq bir ruhunuz olar.

Bütün ibadətlər insanı nəfsi ləzzətlərin qoynuna alıb zəlilliyə sürükləyəcək addımların qarşısını almaq üçün davam etdirilən bir mübarizə yoludur, əslində...

Nəfsi əsgər nəzərəti altına almaq kimi bir tədbirə əl atmaq hünər deyil. Əli çatan hər şeydən ləzzət alması, həzz duyması insana layiq deyil. Bu, heyvanlara xas olan xasiyyətdir.

İnsanda heyvani duyğuların olduğu doğrudur. Amma heyvani hisslərin nəzarət altına alınıb tərbiyə edilməsi lazımdır. Kimsə bu ehtiyacların qarşısını almayıb. Qadağan olan şey ifrata varmaq və boğulmaqdır.

Materializm insanı maddi zövqlərdə boğulmağa dəvət edər.

Səmavi dinlər və ifrata uyun bir ağıl, insanın şəhvət labirintində azması, şəxsiyyətini itirməsi və düşünmə bacarığını şeytana kirayə verməsinin qarşısını alar.

İnsanı şəhvət girdabında boğulmağa sürükləyən hər dəvət, atəşə, bədbəxtliyə və fəlakətə dəvətdir.

Təbii olaraq ilahi elçilərin, səmavi dinlərin və ağlın işi, nəfsin, şəhvətin boyunduruğu altından azad edilməsidir və oruc bu yoldakı yardımçı faktorlardan sadəcə biridir.

Bu səbəbdəndir ki, Ramazan ayı, rəvayətlərdə günahları tərk etmək üçün bir tətbiq etmək və təcrübə almaq ayı hesab edilib.

İmam Cəfərii Sadiqin (ə) Məhəmməd bin. Müslimə xitabən belə dediyi rəvayət edilir:
"Ey Məhəmməd! Oruc tuttuğun zaman qulaqların, burnun, dilin, dərin, saçın, hatta damarların belə oruc tutsun. Yalan danışma, mömin insanlar üçün çətinlik yaratma, təmiz qəlbləri qırma, müsəlman qardaşın və möminlər üçün pis düşünüb planlar qurma! Kimsəyə iftira atma, kimsənin pisliyini istəmə, əmanətə xəyanət etmə, alış-verişə haram qatma!

Ramazan ayında iradəsinə bir növ müxalif olaraq yemək, içmək, nəfsi və cinsi istəklərinə düyün vuran insanın dili, gözü, qulağı və bütün əzaları oruc tutmalıdır. Özünü günahların pəncəsindən qurtulmuş olaraq Allahın hüzurunda görməlisən. Nəfsini təmizləmək üçün bu fürsəti qənimət bilməlisən. "

Yenə möminlərin əmiri Hz.Əlidən (ə) belə nəql edilir:
"Nəfsi oruc, cism ve mədə orucundan fərqlidir. Nəfsi oruc tutan insanın bütün duyğu orqanları günahdan çəkinir. Qəlb, şər və fəsada səbəb verən hər şeydən uzaqlaşır. Qəlbini Allaha və qullarına qarşı şəffaflaşdırıb qəzəbdən xilas edir.

Dəyərli bəylər və xanımlar, əzizlərim!

Ramazan ayı qənimət qəbul edilməsi lazım olan bərabəri olmayan bir fürsətdir. Bu fürsətdən yararlanaq. Mənliyimizi Allaha və kamala yaxınlaşdıraq, fəsad və pisliklərdən uzaqlaşaq.
Bu aya aid müstəhəb dualar və istiğfarlar bir nemətdir. Allah qorusun, bu nemətlərdən qafil olmayaq. Ramazan bir göz qırpması qədər qısa bir zaman dilimidir, bir də görəcəksiz bitib. Bir sonrakı Ramazanı görmək şərəfinə nail ola bilməyimiz məchul. Ramazan, hər günü, hər saatı, hətta hər saniyəsi belə min aydan xeyirli bir aydır./islaminsesi.org/

Seyyid Əli Xamaneyi
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031