Şeytan abidi ibadət vasitəsilə necə aldatdı!?
Mьəllif: admin1
Tarix: 3-11-2017, 21:46
Şeytan abidi ibadət vasitəsilə necə aldatdı!?
İmam Sadiqdən (ə) gələn bir hədisdə oxuyuruq: "Bəni-İsrayildə bir abid var idi ki, dünya işlərinin ardınca düşməzdi. Onun İlahi qiyafəsi şeytanı zara gətirmişdi..."

Öz ordusunu toplayır və onlara deyir: "Kim mənə xatir bu abidi aldada bilər?". Biri deyir: "Mən". Soruşur: "Hansı yolla?". Deyir: "Qadınların vasitəsilə". Şeytan deyir: "Bu, sənin işin deyildir". Başqası deyir: "Mən". Soruşur: "Hansı yolla?". Deyir: "İbadət yolundan". Şeytan deyir: "Onda get və onu aldatmaq sənin işindir". Şeytan abidin yanına gedir və qarşısında namaza dayanar.
Abid yatan zaman şeytan yatmır, abid istirahət edən zaman şeytan namazdan qalmır. Abid bunu görən zaman öz ibadətini dəyərsiz hesab edir və ona tərəf gedir və deyir: "Ey Allah bəndəsi! Hansı yolla bu qədər ibadət etməyə güc tapırsan?". Şeytan ona cavab vermir. İkinci dəfə soruşur, yenə cavab vermir. Üçüncü dəfə ətəyindən yapışır və təkid edir.

Şeytan deyir: "Ey Allah bəndəsi! Bir günah etmişdim və sonra da ona görə tövbə etmişdim. Nə zaman həmin günahı xatırlasam, namaz qılmağa gücüm olur".

Abid deyir: "Məni o günahdan agah et ki, onu yerin yetirim və sonra da tövbə edim". Şeytan deyir: "Şəhərə get və filan əxlaqsız qadının evini tap və ona 2 dinar ver". Abid deyir: "Bəs bu iki dinarı haradan tapım?". Şeytan ona iki dinar verir. Həmin abid uzun paltarı ilə şəhərdə həmin qadının sorağını alır və hamı elə bilir ki, bu abid əxlaqsız qadına nəsihət vermək üçün onu axtarır. Ona görə də ona ünvanı verirlər və o, həmin qadının yanına gəlir və ona iki dinarı verir. Qadın bu abidi görəndə çox təəccüblənir və ondan soruşur: İndiyə qədər heç kəs bu qədər mələkut siması ilə mənim yanıma gəlməmişdi. Məni yanıma gəlməyinin səbəbindən agah et. Abid də macəranı ona danışır.

Qadın ona deyir: "Ey Allah bəndəsi! Günahı tərk etmək, tövbə həqiqətini tapmaqdan daha asandır. Bu cür deyildir ki, hər kəs tövbə etmək istəyər və onu tapar. Mənə elə gəlir ki, bu şəxs şeytandır ki, insan simasında sənə görünmüşdür. Yerinə qayıt ki, onu tapmayacaqsan". Həmin qadın o gecə vəfat edir və evinin qapısına belə yazılır: "Onu dəfn etmək üçün hazır olun, o şübhəsiz ki, behişt əhlindəndir".

İnsanlar bu məsələdə şəkk edirlər və üç gün dəfndən çəkinirlər. Allah Təala da Musa ibni İmrana əmr edir ki, həmin qadının sorağına getsin və ona namaz qılsın. İnsanlara da namaz qılmağı əmr etsin. "Mən onu bağışladım və behişti ona vacib etdim. Çünki mənim filan bəndəmi günahdan çəkindirmişdir".

Həzrət İsa (ə) Allahdan istəyir ki, şeytanın yerini ona göstərsin. Allah da ona şeytanı göstərir. İsa (ə) görür ki, şeytanın başı ilana bənzəyir və başını insanın ürəyinə qoymuşdur. Nə zaman insan Allahın zikri ilə məşğul olur, şeytan başını çəkir və qaçır. Allahdan qafil olan zaman isə ürəyini bir tikə kimi ağzının içinə alar.

O zaman ki, Allah iblisi qovur, Cəbrayil (ə) ilə Mikayil (ə) nalə və zar etməyə başlayır. Allah Təala onları bu halda görüb səbəbini soruşur. Deyirlər: "Allahım! Sənin tədbirindən amanda deyilik. Şeytan bu qədər elm və agahlığı ilə Sənin tədbirindən amanda qalmadı və bir itaətsizliyi ilə dərgahından qovuldu. Biz necə amanda ola bilərik?". Allah buyurur: "Bəli, heç bir zaman özünüzə görə amanda olmayın. Çünki özünüzü amanda bilsəniz və bir an qəflət etsəniz, üsyana düçar olarsınız. Şeytanın taleyinə siz də giriftar olarsınız".

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930