Tutduğumuz oruc qəbuldurmu?!
Biz haradan bilək ki, tutduğumuz oruclar qəbul olub ya yox?!
- Orucun özünəməxsus xüsusiyyətləri, səbəbləri və təsir dairələri vardır. 1- Oruc insanı Qurani-Kərimlə daha çox ünsiyyətli edir. Allah Taala Bəqərə surəsinin 185-ci ayəsində buyurur: شهَرُ رَمَضَانَ الَّذِى أُنزِلَ فِيهِ الْقُرْءَانُ "Ramazan ayı Quranın endiyi aydır..." Ramazan ayının əsas hikmətlərindən biri Qurani-Kərimdir. Oruc insan Qurani-Kərimlə daha çox ünsiyyətdə olur, istər əslini oxumaq, və ya tərcüməsini oxumaq, və ya hər gün bir neçə ayə oxuyaraq bilik əhlindən o ayənin mənasını öyrəmək, və ya ayələri oxuyaraq onun barəsində düşünmək... 2- Oruc insanı nəfsinin heyvani istəklərini cilovlaya bilməsinə səbəb olur. Oruc tutan insan nəfsinə tabe olmur, bütün işlərində Allah Taalanın razılığını əsas bilir. Allah Taala Bəqərə surəsinin 183-cü ayəsində buyurur: يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلىَ الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ "Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də oruc tutmaq vacib edildi, bəlkə təqvalı olasınız." Deməli, təqvalı olmaq, yəni özünü hər bir günahdan qoruya bilmək bacarığı Oruc tutmağın əsas nəticələrindən biridir. 3- Oruc insanı Qiyamət gününü gözü önünə gətirməyə və insanın qiyamət gününün aclıq və susuzluğunu hiss etməsinə səbəb olur. İmam Rza əleyhissalam buyurur: انما امروا بالصوم لکی یعرفوا الم الجوع و العطش، فیستدلوا علی فقر الآخرة "İnsanlara oruc tutmaq ona görə əmr edilib ki, insanlar aclıq və susuzluğun nə olduğunu bilsinlər, və bunun nəticəsində Axirətdəki fəqirlik, yoxsulluq və ehtiyaclılığı dərk etsinlər." Vəsailuş şiə 7-ci cild 4-cü səhifə Deməli oruc tutan insan Qiyamət gününü dərk edir, özünü Qiyamət məhşərində hiss edir... 4- Oruc insanın bədən üzvlərini günah etməkdən saxlayır. Xanım Fatiməyi Zəhra əleyhasalam buyurur: ما يصنع الصائم بصيامه اذا لم يصن لسانه و سمعه و بصره و جوارحه "Əgər insan öz dilinin, qulağının, gözünün və başqa bədən üzvlərinin qarşısını ala bilmirsə onun tutğuğu oruc nəyə lazımdır!!!" Biharul ənvar 93-cü cild 295-ci səhifə Deməli oruc tutan insanın bütün bədən üzvləri günahdan uzaq olur. Oruc tutanın dili yalan danışmır, qeybət etmir, söyüş söymür, böhtan atmır... Qulağı pis və haram şeyləri dinləmir, gözü harama baxmır... Oxşar xəbərlər
|