İmam Həsən Müctəba (ə)-dan Rəvayətlər
Mьəllif: admin1
Tarix: 2-07-2015, 10:41
İmam Həsən Müctəba (ə)-dan Rəvayətlər

əşvərət və məsləhətçinin nəticəsi və faydası təkamul və irəliləməkdir.

Dünya üçün heç ayrılmayacaqmış kimi və axirət üçün sabah öləcəkmiş kimi çalış.

Ən yaxşı eşidən qulaqlar, öyüd və tövsiyələri dinləyəndir və bunu öz faydaları üçün istifadə edənlərdir.

Bədənləri üçün yemək düşünən insanlara çaşıram, çünki mənəvi işlərində öz canlarının yeməyini düşünmürlər.

Məşvərət və məsləhətçinin nəticəsi və faydası təkamul və irəliləməkdir.

İmam Həsən (ə) dan soruşdular: Böyüklük və əzəmət nədir? O belə buyurdular: Hirsləndiyi zaman bağışlanma diləsin. Günah və səhvdən imtina etsin.

İmam Həsən (ə) ilə Əlaqədar Rəvayətlər:

Yeni Qonaq

Bu gün Mədinə torpaqları qucağını açmış yeni qonaqlarına ürəyində yer vermək istəyir. Cənnət-ul Bəqi qəribə və sönük qəbiristanlığında yeni qonaqları vardır. Rəsulu Əkrəmin pak və günahsız ailəsindən o insana yer vermək üçün hazırdır.

Peyğəmbər (s.s), Əli Murtaza (ə) və Fatiməyi Zəhra (ə) bu yeni qonağı qarşılamaq üçün gəldilər. Onun dindarlığını, comərdliyini, igidliyini, bağışlamasını və səbrini qeyd edirlər. Övliya və ənbiyanın yanında daha yaxşı bir həyat müjdəsi verirlər.

İmam Həsən Muctəba (ə)-ın İmamət Dövrü

İmam Həsən Muctəba (ə)-ın İmamət dövrü 1341 hicri qəməri ili Ramazan ayının 21indən o Həzrətin şəhid olmasına qədər yəni 1350 hicri qəməri ili 28 Səfər ayına qədər on il boyunca sürmüşdür. Təxminən olaraq 6-8 ay qədər Müsəlmanların siyasi məsuliyyəti və xilafətlə keçirmişdir. Geriyə qalan zamanlarda isə xalqın mənəvi və fikri rehperliği və İmamet mövqesinin həssaslığında keçirmişdir.

Ən Dindar İnsan

İmam Sadiq (ə) belə buyurur: İmam Həsən (ə) öz zamanında ən fəzilətli və ən dindar insan idi. Nə vaxt Həcc səfərinə getsə piyada və çılpaq ayaqla yola çıxardı. Çünki nə vaxt ölüm, qəbir, ölülərin dirilməsi, sırat küprüsü ağılına gəlsə titrərdi.

Allahın ən Sevimli Qulu

İmam Həsən Muctəba (ə ) yoldan keçərkən Şam əhalisindən bir adam o həzrətlə qarşılaşaraq birbaşa şikayət etməyə başladı. Lakin İmam Həsən Muctəba (ə) heç bir reaksiya vermədi. Daha sonra İmam Həsən Muctəba (ə) önə çıxaraq və gülümsəyərək belə söylədi: Əgər icazə versən səni məmnun edərəm, əgər yolunu itirdinsə sənə göstərərəm.

Əgər aç sənsə səni doyuraram, əgər paltara ehtiyacın varsa səni geyindirərəm. Şamlı adam bu sözlərdən sonra ağlamaya başladı və dedi: Sən və atan mənim yanımda ən sevilməyən insan idiniz indi Allahın ən sevimli qulu olduğunuzu düşünürəm.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031