Ramazan ayında “salavat”ın xeyirini bilirsənmi?
Mьəllif: admin1
Tarix: 27-03-2024, 11:22
Ramazan ayında “salavat”ın xeyirini bilirsənmi?
"Hər kəs bu ayda mənə çox salavat göndərsə, insanların əməl tərəzilərinin yüngül gəldiyi bir gündə onun əməl tərəzisi ağır olacaqdır."

Həzrətə Rəsulullah buyurur:

و من اكثر فيه من الصلوه على ثقل الله ميزانه يوم تخفف فيه الموازين

"Hər kəs bu ayda mənə çox salavat göndərsə, insanların əməl tərəzilərinin yüngül gəldiyi bir gündə onun əməl tərəzisi ağır olacaqdır".

Peyğəmbər (s) və Əhli- beytinə (ə) salavat göndərməklə bağlı çoxlu hədislər gəlib biz çatmıdır. Salavatın mənası budur: Ey Allahım, Peyğəmbər və onin Əhli- Beytinə rəhmətini nazil et. Bu rəhmət o həzərətə nazil olduqda başqalarına da çatır, zira ki, onlar feyz kanalları və mərhəmət arxlarıdırlar.

"Uyuni- Əxbarur- Rıza" kitabında keçən bir hədisdə İmam Rızadan (ə) belə nəql edilir: "Hər kim günahlarının kəffarə və əvəzini ödəməyə gücü çatmırsa, gərək Məhəmməd və Ali - Məhəmmədə çox salavat göndərsin. Həqiqətən, salavat günahları, sözün əls mənasında, bütünlüklə aradan aparır".

Həzrət Rəsulullahın (s) yüxarıda qeyd etdiyimiz hədisinin – "Hər kəs bu ayda mənə çox salavat göndərsə, insanların əməl tərəzilərinin yüngül gəldiyi bir gündə onun əməl tərəzisi ağır olacaqdır" – mənası budur ki, bizm göndərdiyimiz salavatın o həzrətlərə deyil, bizim özümüzə xeyri vardır; bizm əməllərimizin çəkisini artırır və savabının çoxluğuna səbəb olur.

Onlara birbaşa xeyri dəymir.

Bu ayda salavatlarımızı çoxaldıb, qiyamət tərəzilərimizin əməl gözünü ağırlaşdıraq.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930