Haqqın İmam Zamanın (ə.f) zühuri ilə təcəllisi
Quranın Fussilət surəsinin 53-cü ayəsi Həzrət Mehdinin (ə.f) gəlişinə müjdə kimi qəbul edilir. Quran-Kərim nurlu bir çırağdır ki, nazil olduğu vaxtdan 14 əsr zaman keçməsinə baxmayaraq hələ də tarix boyunca haqq axtarışında olanların yollarını işıqlandırır və gələcəkdə də işıqlandıracaq. Bu səmavi və müqəddəs kitabda insanlara parlaq və xoşbəxt bir gələcək vədə verilməkdədir. Bu xoşbəxtlik haqq din olan İslamın qələbəsi ilə həyata keçəcəkdir. Quran ayələrində işarə olanunan bu vədənin, dünyada ədalət dövlətinin qurulması, hədislərdə İmam Mehdi (ə.f) və onun saleh dostları və köməkçiləri tərəfindən həyata keçəcəyi də bəşarət verilib. Bir sıra "Mehdiçilik" silsilə dərslərində Mehdiçik maarifi və İmam Mehdinin (ə) qiyamı ilə bağlı ayələrdən ən mühüm nöqtələr çıxarılıb və təfsir olunmuşdur ki, bunlardan bəziləri oxucularımız təqdim edəcəyik. Bu ayələrin kənarında həmin ayələrin təfsiri haqqında deyilmiş bəzi rəvayətlər də açıqlanıbdır. Bu ayələrin təfsiri "Mehdiçilik üzrə ixtisaslaşmış mərkəz"in tədqiqatçıları tərəfindən həyata keçirilmişdir. Quranın Fussilət surəsinin 53- cü ayəsi Həzrət Mehdinin (ə.f) gəlişinə müjdə kimi qəbul edilir: سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ "Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!" Bir çox hədislərdə "haqq"ın İmam Mehdinin (ə.f) qiyam və xürucu olduğu göstəilir. Əbu Bəsr deyir: İmam Sadiqdən (ə) soruşdum: Allahın "Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun" ayəsinin məna və anlamı nədir? Buyurdu: Qaimin xürucu Allah tərəfindən olan bir haqqdır; xalq onu görərlər, onun gəlişi qaçılmazdır./shabestan/ nardaranpiri.com Oxşar xəbərlər
|