Qurani-Kərimlə qısa tanışlıq
Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim Allah-taala tərəfindən insanların hidayəti üçün Həzrət Muhəmmədə (s) qırx yaşında, peyğəmbərliyə seçilən zamandan nazil olmuşdur. Həqiqətdə Qurani-Kərim iki şəkildə dəfi (bütöv şəkildə Qədr gecəsində Peyğəmbərin qəlbinə nazil olub) və tədrici şəkildə (ayə və surələrin 23 il ərzində yavaş-yavaş nazil olması) nazil olub. “Quran” kəlməsi oxumaq mənasındadır. Bu müqəddəs kitaba aid bir sıra adlar zikr olunubdur ki, aşağıdakılardan ibarətdir: Quran, Furqan, Kitab və Zikr. Sifətlərdən bəzisi isə bunlardan ibarətdir: Bəşir, Həkim, Rəhmət, Şifa, Əziz, Kərim, Mübarək, Məcid, Moizə. Qurani-Kərim 114 surə və 6236 ayəyə malikdir. Ayə: lüğətdə nişan və əlamət mənasındadır. İstilahda isə kəlmə və yaxud kəlam (cümlə) mənasındadır ki, özündən qabaq və sonrasından ayrılmış və bir surə içində yer almışdır. Məşhur nəzərə əsasən birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayələridir. Məşhur nəzərə əsasən sonuncu nazil olmuş ayə isə “Bəqərə” surəsinin 281-ci ayəsidir. Surə: Surə kəlməsi Quranda 9 dəfə tək və 1 dəfə isə cəm halda işlənilib. Bu kəlmə lüğətdə iki mənada işlənilib. 1. Yeməyin yarımçığı və yarım qalmışı mənasındadır. Burada hər bir surə Quranın bir hissəsi mənasındadır. 2. Divar, uca və məqam mənasındadır. Burada surə Allah-taalanın sözü olduğuna görə uca məqama malik mənasındadır. İstilahda isə surə toplum ayələrdən ibarətdir ki, məxsus qalıb və məzmunda bismillahla başlayıb və digər bismillahın nazil olması ilə tamamlanar. Birinci kamil surətdə nazil olan surə “Fatihə” surəsidir. Ancaq ayə cəhətdən birinci nazil olan surə “Ələq” surəsidir. Məşhur nəzərə əsasən sonuncu nazil olan surə “Nəsr” surəsidir. Surələrin bəzisinin adı surələrin içində olan mövzulara əsasən təyin olunmuşdur. “Nisa” surəsi mövzusu qadın olduğuna görə belə adlanıb. “Tuhid” surəsinin belə adlanması da elə bu şəkildə olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, surələrin bəzisinin adı İslam peyğəmbərinin (s) elə öz vaxtında təyin olunub, bəziləri isə O Həzrətin (s) zamanından sonra məxsus adlarla səslənmişdir. Diqqət etmək lazımdır ki, ayələrin hər hansı bir surədə yerləşməsi Peyğəmbərin (s) əli ilə yerinə yetirilmişdir. Surələrin necə tərtib olmasında alimlər arasında müxtəlif nəzərlər vardır. Məntiqli nəzərə gələn fikir budur ki, surələrin bəsizi əziz peyğəmbərimizin (s) əli ilə tərtib olunmuşdur, bəziləri isə səhabələrin fikrinə uyğun yerləşdirilmişdir. Hal-hazırkı Osman-taha xətti ilə olan Quranların səhifələri ayə və surələri nəzərə almayaraq otuz cüzə bölünmüşdür. Hər bir cüz isə iyirmi səhifədən ibarətdir. Belə bir bölüm asan oxumaq üçün müsəlmanların əli ilə əncam tapmışdır. Bunlardan Əlavə Qurani-Kərim hizblərə (dəstə) də bölünmüşdür. Bu işin səbəbi Qurani-Kərimi asan əzbərləmək və öyrənməkdən ibarətdir. Bəzi Quranlarda hər bir cüz iki hizbə bölünüb, bəzisində isə dörd hizbə bölünmüşdür. Ancaq hizblərdə yerləşdirilmiş ayələrin sayı başqa hizblərə nisbətən eyni sayda deyildir. İlahiyyatçı Mahir Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|