Qədr gecəsində mələklər və ruh kimə nazil olar? Ruhul-qudus nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 30-03-2024, 21:28
Qədr gecəsində mələklər və ruh kimə nazil olar? Ruhul-qudus nə məna daşıyır?
Təbəri İmam Əlinin (ə) vəsiyyətini bu cür nəql edir: "Bismilləhir Rahmənir-Rahim! Bu, Əli ibni Əbutalibin (ə) vəsiyyətnaməsidir. Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa məbud yoxdur.

Muhəmməd (s) - Onun bəndəsi və peyğəmbəridir. Onu hidayət və Haqq dinlə göndərmişdir ki, bütün dinlərə hakim olsun. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamasa belə. Namazım, ibadətim, həyat və ölümüm şəriksiz olan aləmlərin Pərvərdigarı üçündür. Bu cür vəzifələnmişəm və mən müsəlmanlardanam.

Sizin ikinizə (Həsən (ə) və Hüseynə (ə)) İlahi təqvanı tövsiyə edirəm. Dünyanın axtarışında olmayın, baxmayarq ki, dünya sizin axtarışınızda olsa belə. Dünyada əlinizdən gedən heç bir şeyə görə qəm yeməyin. Haqdan qeyrisini deməyin, savab üçün iş görün. Zalımın düşməni və məzlumun, zülm görmüşün yardımçısı olun.

Sizin ikinizi, bütün ailəm və övladlarımı və hər kimi ki, bu vəsiyyətim onun əlinə keçərsə, İlahi təqvaya və işlərdə nizama riayət etməyə və aralarınızı islah etməyə dəvət edirəm.

Çünki Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "İnsanların arasını islah etmək - bütün namaz və orucdan daha üstündür”. Düşmənçilik edirsiniz ki, dinin məhv olmasına səbəb olur.

Qohumlarınıza nəzər salın və onlara gedib-gəlin ki, Allah hesabınızı yüngül etsin. Allahı(n haqqına) yetimlər barəsində riayət edin. Onları ac saxlamayın.

Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Hər kim yetimi himayə edər o zamana qədər ki, ehtiyacsız olar, Allah behişti ona vacib edər. O kəs ki, yetimin malını yeyər, cəhənnəm ona vacibdir”.

Allahı Quran barəsində nəzərdə saxlayın ki, məbada başqaları ona əməl etməkdə sizi qabaqlasın.

Allahı(n haqqına) qonşularınız barəsində nəzərinizə gətirin ki, Peyğəmbərin (s) tövsiyə etdikləridir.

Allahı(n haqqına) Allahın Evi barəsində nəzərdə saxlayın və o zamana qədər ki, varsınız, onu varlığınızdan boş buraxmayın. Əgər dağılsa, onun kimisini onun üçün qərar verə bilməzsiniz. O kəs ki, oradan qayıdar, onun üçün ən kiçik şey - bütün günahlarının bağışlanmasıdır ki, ondan əvvəl düçar olmuşdu.

Allahı(n haqqına) namaz barəsində riayət edin ki, o, ən yaxşı əməl və dinin sütunudur.

Allahı(n haqqına) zəkat bəsində gözünüzün önünə gətirin ki, o, Allahın qəzəbini yatızdırar.

Allahı(n haqqına) mal və canınızla Allah yolunda cihadla nəzərdə tutun.

Allahı(n haqqına) Peyğəmbərin (s) nəsli barəsində riayət edin ki, məbada sizin qarşınızda onlara zülm edərlər.

Allahı(n haqqına) Peyğəmbərin (s) dostları barəsində riayət edin, o kəsləri ki, bidət onlara təsir etməmişdir. Çünki Peyğəmbər (s) onları tapşırmışdır və bidət edənləri və onlara pənah verənləri lənətləmişdir.

Allahı(n haqqını) yoxsullar barəsində nəzərinizə gətirin və onları öz həyatınıza şərik edin.

Allahı (n haqqına) kənizləriniz və arvadlarınız barəsində riayət edin. Çünki Peyğəmbərin (s) son tövsiyə etdiyi şey bu idi ki, buyurub: "Sizə iki dəstəyə (haqqına) riayət etməyi tövsiyə edirəm: arvadlarınız və kənizləriniz”.

İnsanlarla gözəl danışın, necə ki, Allah buyurmuşdur. Əmr-be-məruf və nəhy-əz-munkəri kənara qoymayın ki, bu zaman Allah sizin pislərinizi yaxşılara hakim edər.

O zaman dua etsəniz, yerinə yetməz. Yaxşı işlərdə bir-birinizin yardımçısı olun. Allahın qorxusunu nəzərə alın ki, Allah ağır cəzaverəndir. Sizi Allaha tapşırıram ki, ən yaxşı Hifz edəndir. İlahi bərəkət, rəhmət və salam olsun sizə”.

İmam Əli (ə) mübarək üzünü İmam Həsənə (ə) çevirib buyurur: "Qatilin (haqqına) riayət edin. Ona yasımda yemək verin və suyumla doyuzdurun. Mənim kəfənimdə fəryad çəkmə və mənə namaz qıl və yeddi dəfə mənə təkbir de. Qəbrimi gizlət”.

Həzrət (ə) sonra "Lə iləhə illəllah!” deyib, dünyasını dəyişdi.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031