Bəsirətin açılması üçün nə etmək lazımdır?
Mьəllif: admin1
Tarix: 18-01-2018, 14:15
Bəsirətin açılması üçün nə etmək lazımdır?
“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (“Nəhl” 78).

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).

Əllamə Təbatəbai bu ayə haqqında belə buyurur: “Furqan elə bir şeydir ki, iki şeyin arasında ayrılıq salar. Bu ayədə məqsəd haqla batilin arasına ayrılıq salmaqdır. İstər etiqadda olsun ki, imanı küfrdən təmizləsin. İstər də əməldə olsun ki, itaəti günahdan ayırsın”.

İmam Əli (ə) təvqa haqqında buyurur: “Kainatın Xaliqi onların nəfslərində böyük, Allahdan qeyrisi onlar üçün gözlərində kiçik hesab olunur. Behiştlə onların məsəli elədir ki, onu görüblər və behiştin ali məqamında nemətə qərq olublar. Cəhənnəmlə onların məsəli elədir ki, onu görüblər və orada əzabdadırlar”.

O zaman ki, havayi-nəfs, ya təkəbbür, ya təəssübkeşlik varlığımızda hakim olur, nəticəsi nə ola bilər ki? Daxili bəsirətimizdən azaldar və o yerə qədər ki, görməyimiz kor həddinə qədər gəlib çatar. Həqiqəti dərk etməkdən qalarıq. Yəqin ki, çoxlarınız eşitmisiniz ki, tamah ağılı yerə çırpar.

Qoymaz ki, vəzifəsini yerinə yetirsin. Bilirsənmi ki, əgər ağıl başqa qüvvələrə hakim olsa, ifrat və təfritdən uzaq olar. Nəfsi qüvvələr arasındakı həmahəngliyi təmin edər. İnsan kamil rahatlıq halında ağlın səsini eşidər.

O zaman ki, batinin pak olar, qeyb aləmindəki ilhamları qəbul etmək üçün hazır olarsan. Allahın rübubi həqiqətlərindən bəhrələnərsən.

Belə ki, İmam Əli (ə) buyurur: “Ağıl özünü dirçəltdi və əmmarə nəfs özünü öldürdü, o yerə qədər ki, böyük əzaları daraldı. Kobudluğu mülayimləşdi. Parlaq nura malik olan işıq batinini aydınlandırdı. Yolu aydınlandırdı və həmin aydınlıq yolu ilə Allah yolunu tutub getdi. Müxtəlif qapılar onun qarşısına çıxdı o zamana qədər ki, salamat qapıya çatdı. Cavidan yerə qədəm basdı. Qədəmləri bədən hüzuru ilə bir yerdə təhlükəsiz yerdə sabit qaldı. Nəticədə ürəyi Allahın zikri və Onu razı salmaqla məşğul oldu”.

Təqva - o nurdur ki, tanımanın qarşısında olan maneələri aradan qaldırar. Səbəb olar ki, insan Allahın ona verdiyi mənbələrdən düzgün istifadə edib həqiqəti tapsın. Bunu nəzərə alaq ki, təqva sadəcə əməli təqva deyildir, fikri və əqli təqva da vardır. Fikri təqva insanı yersiz və pis düşüncələrdən qoruyar.

Allah həqiqəti tapmaq üçün bizlərə çox yollar təqdim etmişdir. Əgər onlardan ən gözəl şəkildə istifadə edə bilsək, hər iki dünyada həyatımız şirin olar. Lakin çox təəssüf ki, biz bu fürsətləri görmür və onu əldən veririk.

Təqva - tanıma mərhələsində bizə yardım edən ən gözəl köməkçidir. Təqva həmin amildir ki, həqiqəti tapmaq yolunda olan maneələri aradan qaldırar. Hər kimin təqvası güclü olar, bəsirəti açılar və həqiqətləri ürək gözü ilə görər və dərk edər.

Bu cür insan üçün artıq şeytanın şərindən qorxu olmaz. Bu cür insan başqalarının görmədiyi həqiqətləri görər və dərk edər. Ona görə də hər kim bəsirətinin açılmasını istəyirsə, gərək təqvasını artırsın və bu yolda səy göstərsin.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930