Boş və yersiz danışan, vaxtını mənasız keçirən insanı qəbir əzabı gözləyir
Mьəllif: admin1
Tarix: 3-05-2022, 22:02
Boş və yersiz danışan, vaxtını mənasız keçirən insanı qəbir əzabı gözləyir

Bizim üçün qəbir aləmi məchul bir aləmdir. Onun qorxulu olduğunu alimlərdən eşitmişik. Bu, elə bir evdir ki, hər birimiz istəsək də, istəməsək də ora daxil olacağıq. Ondan qaçış yoxdur və Qiyamətə qədər orada qalmalıyıq.

Qəbirdə insanın başına gələn hadisələrdən biri – qəbir sıxıntısıdır. Qəbir insana o qədər təzyiq göstərər ki, bütün sümüklər sınar və buna səbəb olan da əməllərdir.

Hədislərə görə bir neçə dəstə insan qəbir əzabı çəkər. O cümlədən söz gözdirənlər, əxlaqsız qadın və ya kişilər, evdə kobudluq edənlər, boş söz və rəftarı çox edənlər, həmçinin o kəslər ki, təharətə, təmizliyə diqqət etmirlər.

Qəbir əzabına səbəb olan əməllərdən biri də cavanlığı və ömrü hədər verməkdir. Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) bir cavanı qəbrə qoyur.

Həmin cavan o qədər yaxşı insan idi ki, onun cənazəsində iştirak etməklə yanaşı, Həzrət (s) onun qəbirinə torpaq da tökür. Anası bu səhnəni görən zaman deyir:

“Sənin üçün ağlamayacağam, çünki Peyğəmbərin (s) əli ilə qəbrə qoyulmusan. Bilirəm ki, behiştə getmisən”.

Anası gedən zaman Həzrət (s) buyurur: “Qəbir ona qəribə bir təzyiq göstərdi və sinəsinin sümükləri sındı. İlahi məngənin altında əzildi”.

Soruşurlar ki, ya Rəsulallah? Axı o yaxşı insan idi? Buyurur: “Ona görə ki, yersiz sözlər çox danışardı”.

Bu insan qeybət, töhmət əhli deyildi, əks halda Peyğəmbərimiz (s) onu dəfn etməzdi. Amma boş və yersiz sözləri danışmağı sevən idi.

Ona görə də bunu blmək lazımdır ki, qəbir əzabı insanın əməllərinə görə olar. Günahlar isə insana daha ağır əzablar nazil edər. Misal üçün insan pis gözlə başqasına baxan zaman axirət əzabına düçar olar.

Ancaq yersiz baxışlar qəbir əzabına gətirib çıxardar. Ğinaya və əxlaqsız kliplərə qulaq asmaq və tamaşa etmək insana axirət əzabı gətirər.

Ancaq yersiz filmləri izləməyə sərf olunan vaxt, tələf olunan vaxt olduğu üçün qəbir əzabına səbəb olar.

İnsanın danışığı, rəftarı, əyləşməsi və qalxması dünya və axirət xeyiri üçün olmalıdır. Nəticəsiz və xeyiri olmayan işlərlə məşğul olmaq insana əzab gətirər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930