Həzrət Əmirəl-mömininin (ə) şəhadət günüdür
Mьəllif: admin1
Tarix: 9-07-2015, 11:21
Həzrət Əmirəl-mömininin (ə) şəhadət günüdür

Əmirəl-möminin (ə) şəhadəti haqqında hədislərimizdə və tarixdə çox sayda mövzular daxil olmuşdur. Burada tarixin əzəmətli şəxsiyyətinin məzlumiyyəti bəyan edilir.
Peyğəmbəri-Əkrəm (s) bu şəhadət haqqında qabaqcadan xəbər vermişdi. O, bu xəbəri verən zaman göz yaşları mübarək yanağından axırmış. Allahın Rəsulu (s) mübarək Ramazan ayı astanasında insanlar üçün xütbə söyləmişdir. Bu xütbəsində Ramazan ayının fəziləti və insanların vəzifələri haqqında danışmışdır. İnsanların içərisindən Əmirəl-möminin (ə) qalxmış və bu ayın ən üstün əməli haqqında sual vermişdir.
Həzrət Peyğəmbər (s) cavab verərək, buyurmuşdur: “Bu ayda ən üstün əməl - günahdan çəkinməkdir.” İmam Əli (ə) buyurur: Peyğəmbər (s) mənim bu sualıma cavab verəndən sonra ağlamağa başladı. Soruşdum: “Ey Rəsulallah! Sizi ağladan nədir?” Buyurdu: “Ey Əli! Ona görə ağlayıram ki, bu ayda sənə ehtiramsızlıq edəcəklər. Sanki görürəm ki, sən Pərvərdigarın üçün namaz qılırsan və birinci və axırıncı bədbəxtlərin ən bədbəxti olan və Səmud qövmünün dəvəsini qətlə yetirənlə eyni səviyyədə olan bir insan qalxacaq və başına zərbə vuracaqdır. Saqqalın qana boyanacaqdır”. Ərz etdim: “Ya Rəsulallah! Dinim sağlam qalacaqdırmı?” Buyurdu: “Dinin sağlam qalacaqdır””.
Elə bu xütbədən sonra Peyğəmbərimiz (s) insanlara Əmirəl-möminin (ə) vilayətini bir daha xatırlatdı və düşmənlərə və pis niyyətli insanlara belə buyurdu: “Ey Əli! Hər kim səni öldürər, məni öldürmüşdür. Hər kim səni düşmən bilər, məni düşmən bilmişdir. Hər kim səni təhqir edərsə, məni təhqir etmişdir. Çünki sən məndənsən, canım kimisən. Sənin ruhun mənim ruhumdandır, sənin zatın mənim zatımdandır. Allah Təala səni və məni yaratmışdır, səni və məni seçmişdir. Məni peyğəmbərlik və səni də imamlıq üçün seçmişdir. Hər kim sənin imamətliyini inkar edər, mənim nübuvətimi inkar etmiş kimidir. Ey Əli! Sən mənim vəsim, övladlarımın atası, qızımın əri və ümmətimə canişinimsən. Həyatımda və öləndən sonra sənin əmrin mənim əmrimdir. Sənin qadağan, mənim qadağamdır. Məni nübuvvətə seçən o Allaha and olsun ki, məni yaradılışların ən yaxşısı qərar vermişdir. Sən Pərvərdigarın yaratdıqları üzərində hüccət, sirrlərinə əmin və bəndələrinə canişinsən”.
İmam Əlinin (ə) kənizi Ummi Cəfər nəql edir: “Mən Həzrətin əllərinə su tökürdüm. Başını yuxarı qaldırdı. Saqqalını əlinə götürdü və ona baxıb dedi: “Ah olsun sənə ki, qana boyanacaqsan. Bu hadisə baş verəndə cümə günü idi”.
Əlfətuh yazır: “Əli (ə) xəvariclərlə döyüşdən qayıdırdı. İnsanlar onu qarşılamağa tələsirdilər. Onu qələbəsinə görə təbrik edirdilər. Böyük məscidə (Kufə məscidinə) daxil oldu. Orada iki rükət namaz qıldı. Sonra minbərə gedib, gözəl xütbə dedi. Üzünü oğlu Hüseynə (ə) çevirib, buyurdu: “Ey Əba Abdullah! Bu aydan nə qədər qalmışdır?” Hüseyn (ə) buyurdu: “17 gün ey Əmirəl-möminin!” Həzrət (ə) əlini ağarmış saqqalına çəkib buyurdu: “O zaman ki, ümmətin ən bədbəxt üzvü qızışdırılacaqdır, bunu qana boyayacaqdır”.
Əmirəl-möminin (ə) öz qatili haqqında belə deyərdi: “Məni adsız-sansız biri öldürəcəkdir. O, ən alçaq qəbilədəndir. Məni nə döyüş meydanında və nə də mərdlik meydanında deyil, sui-qəsd edərək, öldürəcəkdir”.
Beyət günü İbni Mulcəmlə rastlaşmaq.
Şeyx Mufid Əbu Təfil Amir ibni Vasilə yazır: “Əmirəl-möminin (ə) insanları biyət üçün toplayırdı. Əbdürrəhman ibni Mulcəm gəldi. Əmirəl-möminin (ə) iki və ya üç dəfə onu rədd etdi. Sonra beyəti qəbul etdi. Getmək istəyəndə İmam (ə) onu səslədi. Onunla peyman bağladı ki, hiylə işlədib, peymanı pozmasın. O, söz verir və ikinci dəfə getmək istəyəndə İmam (ə) onu yenə çağırır. Onunla möhkəm əhd bağlayır ki, bu əhdini pozmasın. O, yenə söz verir və üçüncü dəfə də bu cür olur. İbni Mulcəm deyir: “Ey Əmirəl-möminin! Allaha and olsun ki, mənimlə rəftar etdiyiniz kimi başqaları ilə rəftar etdiyinizi görmədim”. İmam (ə) buyurdu: “Get, ey ibni Mulcəm! Allaha and olsun ki, dediyinə vəfa edəcəyini heç fikirləşmirəm”.
Yəqubi yazır: “Əbdürrəhman ibni Mulcəm Şəban ayının qurtarmağına on gün qalmış Kufəyə gəldi. Gəlmək xəbəri İmam Əliyə (ə) çatanda buyurdu: “Gəldi? Agah olun ki, ondan başqa mənim əleyhimə olan heç kim qalmamışdır. İndi bunun vaxtı çatmışdır”. İbni Mulcəm Əşəs ibni Qeysin evinə gedir və bir ay orada qalır. Qılıncını itiləməklə məşğul olur.
Nəhayət öz xəbis niyyətini həyata keçirib, şeytanı sevindirdi.
(Tebyan saytına istinadən)

Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930