Allah bəyəndiyi orucun 3 xüsusiyyəti
Oruc tutmaq - ac və susuz qalmaqla kifayətlənməz. Başqa şəraitləri də vardır ki, insanın məsuliyyətlərini artırar. Hədisdə oxuyuruq ki, dörd nəfərin orucu qəbul olmaz.
İmam Sadiq (ə) buyurur: "Öz İmam və rəhbərinə itaətszilik edən və ona itaət etməyən oruc tutanın orucu düzgün deyildir. Qaçmış bəndənin orucu, geri qayıtmayana qədər düzgün deyildir. Ərinə itaətsizlik edən qadının tövbə edənə və ərinin ixtiyarında olana qədər orucu düzgün olmaz. Həmçinin ağvaldieyn olmuş övladın orucu o zamana qədər ki, islah olmaz, qəbul olunmaz və oruc hesab olunmaz”. İnsan mədə orucu tutduğu kimi, bütün bədən üzvlərinin də orucunu tutmalıdır. Əlinə, ayağına, dilinə, ürəyinə nəzarət etməlidir. Əgər bu işdə səhlənkarlıq edərsə, orucunun mənəvi fəzilətini azaltmış olar. Həzrət Peyğəmbər (s) buyurur: "Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənin orucun 3 xüsusiyyəti: 1. Çox yeməyi tərk etmək. Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur. 2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir. 3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir. Həzrət Fatimə (ə) oruc tutanın ədəbi haqqında buyurur: "Oruc tutan nə zaman dilini, qulağını, gözünü və bədən üzvlərini (ona haram olandan) hifz etməzsə, öz orucu ilə bir iş görməz”. Yəni əgər oruc tutan ancaq mədə aclığı çəkib, başqa bədən üzvlərinə hakim olmazsa və onları haramlardan qorumazsa, bu oruc həqiqi oruc sayılmaz. Çünki həqiqi orucun olması o zaman mümkündür ki, insan bütün bədən üzvlərini günahdan və haramdan saxlasın. Oxşar xəbərlər
|