Nəsfi-əmmarə, nəfsi-ləvamə və nəfsi-mütməyinənin xüsusiyyətləri
Həzrət Peyğəmbər (s) əmmarə nəfsi haqqında buyurur: “Nəfsin məsəli dəvəquşunun məsəli kimidir ki, çoxlu yeyər, ancaq bir şey gözünün önündən keçsə, uça bilməz. Nəfsin məsəli xər zəhrə (bitkisinin) məsəli kimidir ki, rəngi gözəldir, ancaq dadı acıdır”.
Əmmarə nəfs o üsyankar nəfsdir ki, insana günahı əmr edər. Hansı tərəfə istəsə, çəkə bilər. Ona görə də ona əmmarə deyərlər. Əql və imanın bəzən elə qüdrəti olmur ki, onu ram etsin. “(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53). Bütün pisliklərin mənbəyi əmmarə - nəfsdir. Belə ki, İmam Əli (ə) buyurur: “Nəfs davamlı olaraq itaətsizlik və günah istəyindədir”. Nəfsi-ləvamə isə əmmarə nəfsin əksinə olaraq, insanı günahlarına görə tənqid edir və peşman olmasına səbəb olur. İnsan bu nəfsin sayəsində özünü danlayır. Günahını aradan qaldıracağını qərara alır. Tövbə edir. “Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 2). Mütməyinə nəfsi isə o nəfsdir ki, insan əmmarə nəfsini ram etməyi bacarır və ona qadir olur. Çünki iman və ağıl o qədər güclüdür ki, nəfsani istəklər onun qarşısında qüdrətə malik deyildirlər. Bu məqam peyğəmbərlərə və İlahi övliyalara aid məqamdır. “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!”. (“Fəcr” 27-28). Əmmarə nəfsin xüsusiyyətləri: 1. Havayi-nəfsinin mütisidir. Şeytan pis əməlləri insan üçün zinətləndirər. Ürəyinə pərdə çəkər ki, xeyir ilə şəri ayırd edə bilməsin. Həmişə cahil insanlar kimi düşünər. “(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara)qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir”. (“Nəcm” 23). “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23). 2. Kin və düşmənçilik. Qabilin Habili öldürməsi ilə bağlı Allah buyurur: “Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu”. (“Maidə” 30). 3. Nəfsin əmr etməsi itə bənzəyir. “Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”. (“Əraf” 176). /Deyerler.org/ Oxşar xəbərlər
|