Necə geyinməli
İslam dini sonuncu din olduğuna görə kamil olması şübhəsizdir. Çünki əgər kamil olmasa bu onun sonuncu din olmamasına işarədir. Elə buna görə də dini mənbə kimi tanınan, Quran və hədislərə diqqət etsək görərik ki, İslam insanların səadəti uğrunda bütün sahələrdə (siyasi, ictimai, fərdi, iqdisadi) düzgün yollar təyin edibdir. Hər kəs İslam göstərişi əsasında həyatına davam etsə kamillik zirvəsinə mütləq ucalacaqdır. Fərdi və ictimai sahəsinə aid olan mövzulardan biri də geyimdir. Geyim insanı Allah-taalaya yaxınlaşdıran və uzaqlaşdıran vasitələrdən hesab olunur. Buna görə də dinin ilk göstərişlərindən biri də budur ki, insan övladı gərək öz övrətini (gizli qalmalı üzvlərini) geyim vasitəsilə gizlətsin. Çünki, geyim qorunmağın bir növüdür. Həqiqətən də geyim insanın gözəlliyini nümayiş etdirir. Bunun özü də bir nemətdir. Amma qeyd edilən mətləb bu mənaya deyil ki, hər bir geyimdən gözəllik üçün istifadə etmək olar. Bəlkə elə bir geyimlərdən istifadə etmək lazımdır ki, uca Allahın qəzəbinə düçar etməsin. Bu məsələdə daha ətraflı məlumat əldə etmək üçün dini mənbələrə müraciət etmək lazımdır. Bu haqda nümunə olaraq əziz peyğəmbərimizin (s) bir hədisinə diqqət edək: Bir gün İslam peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə buyurur: “ Ey Əli! Əgər bir kişi öz həyat yoldaşına itaət etsə, Allah-taala onu üzü üstə cəhənnəmə atar.” Həzrət Əli (ə) soruşdu:”Bu necə bir itaətdir?” Peyğəmbər (s) buyurdu: “Onun nazik paltar (bədən üzvlərini nümayiş etdirən) geyinməsinə icazə verərsə.” Mümkündür bəzi paltarlar bədənə yaraşıq verir və onun gözəlliyini üzə çıxarar. Lakin eyni zamanda da uca Allahın qəzəbinə düçar edir. Başqa bir hədisdə İslam Peyğəmbəri (s) o, həzrətə (ə) belə buyurub: “Ey qardaş! Sənə bir nəsihət etmək istəyirəm. Əgər bu nəsihətə əməl etsən bəlkə Allah-taala sənə bu əməlinə görə xeyir verə. Geniş və bədəninə müvafiq paltar geyin bəlkə qürur və təkəbbürlükdən uzaq olasan.” Və həmçinin belə buyurub: “Lut Peyğəmbərin (ə) ümmətinin məhv olmasına atlas paltarın (kişilərə haramdır) geyinilməsi səbəb oldu.” Bu barədə qısa olaraq mühüm geyimlərin (hədislərə əsasən) bəzisinə işarə olunacaq. Bəyənilməyən geyimlər: 1. Köynəyin düymələrini açıq şəkildə geyinmək; 2. Qara və qürura səbəb olan paltar geyinmək; 3. Dar və uzun burun ayaqqabı geyinmək; 4. Kişilərin qadın paltarı geyinməsi; 5. Qadınların kişi paltarı geyinməsi; 6. Çirkin və gözəllikdə şöhrət qazandıran geyim; Bəyənilən geyimlər: 1. Ağ paltar geyinmək; 2. Səliqəli geyinmək; 3. Pambıqdan olan paltar geyinmək; 4. Kətan paltar geyinmək; 5. Rahat və yüngül ayaqqabı geyinmək; 6. Gözəl və təzə ayaqqabı almaq; 7. Paltarı sağ tərəfindən geyinmək; 8. Qara və sarı ayaqqabı geyinmək; İlahiyyatcı Mahir Məhəmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|