Quran oxumaq – moizə, ürəklərin şəfası, günahların kəffarəsi, atəşdən geyim və əzabdan amandır
Mьəllif: admin1
Tarix: 12-07-2015, 23:38
Quran oxumaq – moizə, ürəklərin şəfası, günahların kəffarəsi, atəşdən geyim və əzabdan amandır

Ramazan ayı - İlahi ziyafət ayıdır və bu, elə bir aydır ki, Allah Təala yaxşı əməllərin savabını bir neçə qat artırar. Pislikləri onda məhv edər. Ramazan ayı bərəkət ayıdır, bağışlanma ayıdır, tövbə ayıdır, cəhənnəm atəşindən azad olmaq ayıdır, behiştə çatmaq ayıdır.
Ona görə də hər bir müsəlman bu ayda haramdan çəkinməli və Quranı çoxlu tilavət etməlidir. Allaha dua etməli və hacətini istəməlidir. Ramazan ayı gərək başqa aylardan fərqlənsin. Çünki bu ay Allah yanında daha üstün və daha fəzilətlidir. Ona görə də bizin üçün Ramazan ayının günləri və gecələri başqa aylarda olan gecə və gündüzdən fərqlənməlidir.
Ramazan ayının gecələrində və gündüzlərində edilə biləcək ən üstün əməl - Quran tilavətidir. Quran bu mübarək ayda nazil olmuşdur və ona görə də bu ayda Quranı tilavət etməyin xüsusis əcr və savabı vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Quranı eşidin və öz hidayətçiniz qərar verin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Quranın başqa sözlərdən üstünlüyü, Allahın məxluqları üzərində olan üstünlüyü kimidir”.
İmam Əli (ə) buyurur: “Pak və Ucaməqamlı Allahın Kitabını öyrənin ki, həqiqətən o, gözəl söz və anlaşılan moizədir. Onun haqqında təfəkkür edin ki, həqiqətən Quran - ürəklərin baharıdır. Nuraniliyindən şəfa diləyin ki, həqiqətən Quran - ürəklərin şəfasıdır. Tilavətini gözəl edin ki, ən üstün əhvalatlar (oradadır)”.
İmam Əli (ə) buyurur: “Hər kim keçmişdəkilərin və gələcəkdəkilərin elmini öyrənmək istəyirsə, Quranda dəqiq olsun”.
Quran tilavətnin bizə verdikləri.
Günahların kəffarəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Quran oxumaq - günahların kəffarəsi, atəşdən geyim və əzabdan amandır”.
Fəsaddan uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “... Quranı oxumaqdan qafil olma ki, Quran ürəkləri dirildər. (İnsanı) çurkinlikdən və pisliklərdən uzaq edər”.
İnsan taleyini dəyişdirə bilən ən mühüm amillərdən biri dua və Quran tilavətdir. Əgər biz Qurana diqqət etsək və ayələri haqqında təfəkkür etsək, həyatımız Quranın nuruna boyanar.
Quran - İlahi kitab və insanların hidayəti üçün nazil olan nicat vasitəsidir. Əgər onu oxusaq və ona əməl etsək, biz də nicat taparıq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930