İmanlı yuxu, yüngül namazdan yaxşıdır
Mьəllif: admin1
Tarix: 2-01-2019, 11:06
İmanlı yuxu, yüngül namazdan yaxşıdır
İmam Əli (ə) eşidir ki, xəvaricdən olan bir nəfər gecə namazı qılır və gecə Quran tilavət edir.

Həzrət (ə) buyurur: “Yəqin və imanla bir yerdə olan yuxu, yüngül namazdan daha yaxşıdır”.

Bəs bu hədisdə niyə (ə) Həzrət yuxunu namazdan üstün hesab edir? Bu sualın cavabını vermək üçün bu əhvalata işarə edək:

Gecənin dördə birindən keçmişdi ki, İmam Əli (ə) Kufə məscidindən çıxdı və evinə tərəf yollandı. Həzrətin (ə) xüsusi səhabələrindən olan Kumeyl ibni Ziyad da onunla hərəkət edirdi. Yolda bir kişinin evinin yanından keçirlər ki, Quran oxuyurdu və səsi eşidilirdi. O, gecə yarısı qalxıb Quran oxuyurdu.

İmam eşitdi ki, o, bu ayəni ürəkyanğısı ilə oxuyur: “(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsl ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9).

Kumeyl ürəyindən ah çəkdi və gecə oyanıb Quran oxuyan bu şəxsin səsi ürəyinə xoş gəldi. İmam (ə) Kumeylə diqqət edib buyurdu: “Bu insanın ürəyə yatan səsi səni aldatmasın. Bu Quran qarisi - cəhənnəm əhlidir. Tezliklə bu mövzunun sirrini sənə söyləyəcəyəm”.

Kumeyl təəccüb içində qaldı və bir müddət bu mövzudan keçmişdi ki, Nəhrivan xəvariclərinin səs-sədası çıxmağa başladı. Onlar Əliyə (ə) qarşı qiyam etdilər. Ona görə də Nəhrivan çölündə İmamın (ə) ordusu ilə xəvariclərin ordusu döyüşdü. 9 nəfər qaçan insandan başqa bütün xəvariclər öldürüldü.

Kumeyl bu döyüşdə İmam Əli (ə) ilə bir yerdə idi. İmamın (ə) qılıncından qan axırdı və üzünü Kumeylə çevirir və buyurur: “Mənimlə gəl!”.

Sonra onlar ölmüş xəvariclərin yanına getdilər. İmam (ə) qılıncının başını həmin Quran qarisinin başına qoydu və buyurdu: “Ey Kumeyl! Bu baş - həmin o şəxsin başıdır ki, gecə yarısı bu Quran ayəsini oxuyurdu və səni özünə cəzb etmişdi”.

Kumeyl (ə) İmamı öpür və bu cahil rəftarına görə tövbə edir.

Yuxarıdakı hədisə görə isə İmamın (ə) buyurduğu şəkdən məqsədi - o şəkdir ki, xəvariclər İmamın (ə) imamətliyi ilə bağlı malik olmuşdular. Bu da ibadətin keyfiyyətinə təsir etmişdir.

Bu mövzuda şəkk etmələri nəticəsində tövhid elmində, ibadətin sirrində, itaətin keyfiyyətində də şəkk edirdilər. İmamın (ə) bu hədisi deməkdə bizlərə buyuruşu odur ki, əgər bu insan mənə imanda yəqinliyə çatsaydı, onun yuxusu, mənə şəklə qıldığı namazdan daha üstün olardı.

Yəqin - sabit bir elmdir ki, şəkk üçün yer olmaz. İnsan üçün rahatlıq mənbəyi olar. Yəqinə çatmaq üçün iki nöqtəyə riayət etmək lazımdır: 1. Əməl. 2. Əməli davam etdirmək.

Din alimləri buyurur ki, əgər yaxşı əməli az da olsa davamlı şəkildə yerinə yetirsən, daha yaxşı nəticə əldə edərsən. İmamlar (ə) biz tövsiyə edir ki, bildiklərimizə əməl edək. Bilmədiklərimizi isə bizə Allah öyrədər.

İmamət - dinin üsullarından biridir. Allahı və tövhidi tanıyandan sonra onun göndərdiyi və risalət sahibi olan insanları tanımaq zəruridir. Çünki onlar olmadan dini başa düşmək çətindir. Ona görə də müsəlman necə ki, tövhidə, məada iman gətirir və yəqinlik əldə edir, gərək imamət mövzusuna da iman gətirib yəqinlik əldə etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930