İmam Əli (ə) barədə Qurani-Kərimdə nə buyurulmuşdur?
Mьəllif: admin1
Tarix: 24-01-2024, 10:39
İmam Əli (ə) barədə Qurani-Kərimdə nə buyurulmuşdur?

Həzrət Əli (ə) – nurdur. Həzrət Əli (ə) - məhəbbətdir.

Həzrət Əli (ə) - varlıq aləminin mənasıdır.

Həzrət Əli (ə) - insanları yoxluq aləmindən xilas edəndir.

Həzrət Əli (ə) Həzrət bənzərsiz yolgostərəndir, Allahın böyuk vəlisi, Peyğəmbərin (s) vəsisi, cahanın həqiqəti, Allahın sevimlisidir!

Elə isə ola bilərmi ki, Allah öz sevdiyi insan haqqında heç nə deməsin?

Ola bilərmi ki, varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun? Yox, ola bilməz.

Həqiqətən də, Həzrət Əli (ə) barəsində nazil olmuş ayələr inkaredilməzdir. Burada ayələrin bəzilərinə toxunacağıq.

1. İmam Əlinin (ə) adı Adəmə (ə) nicat verəndir.

"Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur: "Adəm Rəbbindən (bəzi xususi) kəlmələr öyrəndi”.

İbn ən-Nəcar İbn Abbasdan nəql edir: "Bu kəlmələr Muhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Huseynin (ə) adlarından ibarətdir”.

2. İmam Əlinin (ə) nəfsi Peyğəmbərin (s) nəfsi məqamındadır.

"Ali-İmran” surəsinin 61-ci ayəsi buyurur: "(İsanın Allahın qulu və Peyğəmbəri (s) olması barədə) sənə göndərilən bilikdən sonra buna (İsa Məsih haqqında) dair səninlə muşahidə edənlər olsa, onlara de:

"Gəlin, biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özumuzu, siz də özunuzu (bura) çağıraq. Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək””.

Bu ayədə Peyğəmbəri-Əkrəm (s) öz nəfsini Əmirəlmöminin Əlinin (ə) nəfsinə bərabər tutmuşdur.

3. İmam Əli (ə) - vəliyullahdır.

"Maidə” surəsinin 55-ci ayəsi buyurur: "Sizin hamınız ancaq Allah, Onun Peyğəmbəri (s) və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və rüku halında zəkat verirlər”.

Bu ayə Həzrət Əli (ə) barədə nazil olmuşdur, çunki namaz qılan vaxt zəkat vermiş şəxs - Həzrət Əlidir (ə).

4. İmam Əlinin (ə) imaməti Allah tərəfindən verilmişdir.

"Maidə” surəsinin 67-ci ayəsi buyurur: "Ya Peyğəmbər (s)! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”.

Bu ayə Həzrət Əli (ə) barədə nazil olmuşdu ki, Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlindən tutdu və buyurdu: "Mən kimin movlasıyamsa, Əli (ə) də onun movlasıdır”. Bu ayə İmam Əlinin (ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.

5. Allah Quranda Əlini (ə) sevməyi əmr edir.

"Şura” surəsinin 23-cu ayəsində buyurur: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) muqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm””.

Zəməxşəri "Təfsiri-Kəşşaf”ında yazır ki, bu ayə nazil olan kimi Peyğəmbərdən (s) soruşdular: "Sizin sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?”.

Həzrət Peyğəmbər (s) buyurdu: "Əli (ə), Fatimə (ə) və oğulları”.

6. İmam Əli (ə) - Quran elminin sahibidir.

"Rəd” surəsinin 43-cu ayəsində buyurur: "De: (Mənim öz risalətim uçun iki ilahi şahid vardır: biri) Allahdır ki, mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi, Quran elminin sahibi olan şəxsdir””.

Əbu Səid Xodri deyir: "Rəsulallahdan xəbər aldım: "Quran elminin sahibi olan şəxs kimdir?”.

Buyurdu: "O şəxs - qardaşım Əli ibn Əbu Talibdir””.

7. İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) özunun dəlilidir.

"Hud” surəsinin 17-ci ayəsi buyurur: "Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid gələn... ”.

Butun tarixçilər yazırlar ki, bu ayədə "dəlil” və "şahid” ifadələrində Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.

8. İmam Əli (ə) Allah rizası uçun canını fəda edər.

"Bəqərə” surəsinin 207-ci ayəsi buyurur: "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda ( Allah rizası uçun)öz canını fəda edər”.

İbn Abbas rəvayət edir ki, Həzrət Peyğəmbərin (s) hicrət gecəsi İmam Əli (ə) onun yatağında yatdı və bu ayə o Həzrət Əlinin (ə) şəninə nazil oldu.

9. İlahi mukafat İmam Əli (ə) uçundur.

"Bəqərə” surəsinin 274-cu ayəsi buyurur: "Mallarını gecə və gunduz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyuk mukafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur”.

İbn Abbas rəvayət edir ki, Əlinin (ə) hər gun 4 dirhəmi olardı; onlardan birini gecə (Allah yolunda), birini gunduz, birini gizli və birini də aşkar surətdə sədəqə verərdi. Ona görə bu ayə Əli (ə) barədə nazil oldu.

10. Qiyamət gunu Əlinin (ə) vilayəti barədə soruşacaqlar.

"Saffat” surəsinin 24-cu ayəsi buyurur: "Onları yubadıb saxlayın, çunki sorgu-sual olunacaqlar”.

Əbu Səid Xodri Peyğəmbərdən (s) nəql edir ki, sorğu-sual olunacaq şey - Əlinin (ə) vilayətidir.

11. İmam Əli (ə) - Allahın ipidir.

"Ali-İmran” surəsinin 103-cu ayəsi buyurur: "Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın və dağılışmayın”.

İbn Abbas rəvayət edir ki, bir ərəb Peyğəmbərdən (s): "Allahın ipi kimdir?” deyə soruşdu.

Həzrət Peyğəmbər (s) uzunu İmam Əliyə (ə) tərəf çevirib, buyurdu: "Bu şəxsdən yapışın, o, möhkəm ipdir”.

12. İmam Əli (ə) - yaradılmışların ən yaxşısıdır.

"Bəyyinə” surəsinin 7-ci ayəsi buyurur: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır”.

İbn Abbasdan nəql olunub ki, bu ayə Əlinin (ə) və onun Əhli-Beytinin (ə) şənində nazil olmuşdur.

Vəssalamu aleykum və rahmətullahi və bərakətuhu.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930