Quran və rəvayətlər baxımından İnsanın yaxşı əməllərını məhv edən böyük günahlar
Mьəllif: admin1
Tarix: 16-07-2015, 16:04
Quran və rəvayətlər baxımından İnsanın yaxşı əməllərını məhv edən böyük günahlar

Ölümdən sonrakı əbədi həyatda,cəhənnəm əzabından uzaq olub, cənnətə daxil olmaq üçün bacardığımız qədər yaxşı işlər və saleh əməllər yerinə yetirməliyik. Amma yaddan çıxartmamalıyıq ki, yaxşı əməlləri qorumalı, özümüzlə birlikdə əbədi həyata aparmağı da bacarmalıyıq. Öla bilsin ki, bəziləri bunu dərk etməkdə çətinliklə üzləşsin və aydınlaşdıra bilməsin ki, necə ola bilər ki, insan öləndən sonra əməllərini özü ilə birgə əbədi həyata aparır. Əgər Qurani-kərim və eləcə də bir çox məsumlardan (ə) nəql olunmuş rəvayətlərə nəzər salsaq görərik ki, bu bir həqiqətdir. Bəli, insan yaşadığı fani dünya ilə vidalaşdıqdan sonra, axirət aləminə bir çox pis və yaxşı əməlləri də özü ilə aparır. Necə ki, Allah-taala bu-yurur: Hər kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xey-rini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (Zəlzələ, 7-8). Qeyd olu-nan ayələr qiyamət gününə aiddir və ayələrdən məlum olur ki, insan öləndən sonra həm yaxşı və həm də pis əməlləri, onunla birgə əbədi həyata ötürüləcək. Günahların bağışlanması və əbədi həyata ötürülməməsi üçün bir çox yollar var və onlardan biri və ən əsası, tövbə etməkdir. Mən bu mövzuya toxunmaq istəmirəm. yazıdan əsl məqsədim budur ki, nə etməliyik ki, bir çox zəhmətlər ilə əldə et-diyimiz yaxşı işləri özümüzlə əbədi həyata apara bilək.Bu mövzuya, həm Qurani-kərim ayələrində və həmdə Məsumların (ə) rəvayətlərində işarə olunub. Aşağıda yaxşı əməllərin hansı günahlar vasitəsi ilə məhv olmasına işarə edirik.

Quran ayələri baxımından yaxşı əməlləri məhv edən böyük günahlar
1- Allaha şərik qoşmaq

Quranın baxışında ən çirkin və xoşagəlməz əməl tək olan və qüdrətli Tanrıya şərik qoşmaqdır. Allaha şərik qoşan şəxsin bütün yaxşı əməlləri puç olar. Allah-taala buyurur: (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan”! (Zumər,65).

2- İman gətirdikdən sonra küfrə qayıtmaq

Bir çox peyğəmbərlərin (ə) tarixi-ni mütaliə etdikdə görürük ki, Allah-taala peyğəmbəri inkar edənləri məhv edib. Buna Nuh, Lut, Musa (ə) və bir çox peyğəmbərlərin əhvalatını misal gətirmək olar. Amma bəzən Allah peyğəmbərin davamçı və ümməti hesab olanları cəzalandırır. Hər kim doğru yola hidayət olub, düz yolu dərk etdikdən sonra bildikləri və inandıqlarının əksinə əməl etsə, bütün yaxşı əməlləri heçə sayılar. Ali-İmram surəsinin 77-ci ayəsində oxuyuruq: “Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Önları şiddətli bir əzab gözləyir”! Bu ayə bəzi yəhudi din alimlərinin tövratı öz istək və çıxarlarına uyğun olaraq açıqladıqları barədə nazil olub.Allah-taala digər bir ayədə isə belə buyurur: “İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar”! ( Maidə,5).

3- Dindən çıxmaq

Saleh əməllərin məhv olmasına səbəb olan digər bir amil isə dindən çıxmaqdır. Dindən çıxmaq dedikdə məqsəd budur ki, müsəlman olan bir şəxs özünə başqa bir din seçə və İslamın həqq olduğunu inkar edə. Dini termində belə bir şəxsə “Mürtədd” deyilir. Mürtəd hər nə qədər də yaxşı işlər etsə, Allah dərgahında qəbul olunmayacaq. Həzrət Musanın (ə) davamçıları hesab olan Bəni-İsrailin əhvalatını buna misal gətirmək olar. Belə ki, Musa (ə) Bəni-İsrail tayfasını Fironun əsirliyindən xilas etdikdən sonra, Bəni-İsrail Musaya iman gətirir. Amma qısa bir müddətdən sonra onlar bütpərəstliyə meyl göstərir və Allah onları cəzalandırır. Bu onun göstəricisidir ki, həqiqəti dərk edib hidayətə

qovuşduqdan sonra küfrə qayıtmaq bağışlanmaz bir səhv və bütün yaxşı əməlləri məhv edən bir amildir.

Allah-taala buyurur: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Önlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar”! ( Bəqərə,217).

4- Nifaq

Allahın bəyənmədiyi bir çox əməllər var. Ö əməllərdən biri də ikiüzlülükdür. Özünü mömin hesab edən ikiüzlü insanlar əslində mömin deyil və onlar sadəcə İslam adı altında gizlənmiş imansızlardır. Qurani-kərimə görə bu xislətə malik olanların hər növ yaxşı əməlləri puç olub, Allah dərgahında qəbul olunmayacaq. Allah-taala buyurur: “İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlarmıdır?” Önların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular.” (Maidə, 53).

“Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Önsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz”! (Munafiqun, 6).

5- Allahın ayələri və qiyamət gününü inkar etmək

Yaxşı əməllərin məhv olmasına səbəb olan digər bir günah isə Haqq-hesab günü və eləcədə Allahın vədələrini inkar etməkdir. Allah-taala əməlləri puç olanlar barədə buyurur: “Önlar o kəslərdir ki, Rəbbinin ayələrini və Önun-la qarşılaşacaqlarını (qiyamət gününü) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq”! (Kəhf,105).

Rəvayətlər baxımından, saleh əməllərin məhv olmasına səbəb olan amillər

1- Riyakarlıq

Bəyənilməyən və böyük günahlar-dan hesab olan əməllərdən biri də riyakarlıqdır. Riyakar o şəxsə deyilir ki,başqalarının gözündə böyümək və məhz onların razılığını əldə etmək üçün hər hansı bir iş və ya ibadəti yerinə yetirsin.Peyğəmbər (s) buyurur: “Qiyamət günü riyakara xitab olunub deyiləcək: Ey günahkar, ey tülkü xislətli, ey riyakar, sənin əməllərin itib və qazancın məhv olun. Öna görə də müzdünü,kimə görə iş görürdünsə, ondan da istə”. (Bihar,c.72.302).

2- Təkəbbür

Allah dərgahında özündən razı və təkəbbürlü insanın heç bir dəyəri yoxdur.Hamımız bilirik ki, ilk təkəbbür edən İblis olub. İblis Allaha altı min il ibadət etdi. Amma Allah qarşısında təkəbbür etdiyinə görə onun altı min illik ibadəti puç oldu. İmam Əli (ə) buyurur: “Allah şeytana etdiyindən ibrət götürün ki, onun uzun müddətli çalışmağı və ibadəti məhv oldu. Şeytan Allaha altı min il ibadət etdi, amma yalnız bir dəfə təkəbbürlük

etdiyinə görə bütün əməlləri puç oldu”. (Bihar,c.63.214).

3- Qısqanclıq

Həqiqi mömin heç vaxt başqasının maddi və mənəvi üstünlüyünə qısqanmaz.

Qısqanclıq elə bir xəstəlikdir ki, insanda tədricən müxtəlif mənəvi xəstəliklər yaradır. Həmçinin bu əməl insanın yaxşı işlərini məhv edir.Peyğəmbər (s) buyurur: “Bir-birinizə

qısqanclıq etməyin ki, əməlləriniz məhv olar”. (Bihar,c.37.210).

4- Fəhlə və işçilərə zülm etmək

“Başqasının həqqini ödəməmək böyük günahlardan biridir. Peyğəmbər (s) buyurur: Hər kim öz işçisinə zülm etsə, Allah onun əməllərini məhv edər”. (Bihar,c.76.332).

5- Yaxşılıq etdiyimiz şəxsə minnət qoymaq

Peyğəmbər (s) buyurur: “Doğurdan da yaxşılıq edərkən minnət qoyan şəxsin əcrini Allah məhv edər”. ( Bihar,c.77.145).

6- Haqqı bilən halda inadkarlıqla mübahisə etmək

İmam Sadiq (ə) buyurur: “İnadkarlıqdan çəkin ki, əməllərinin məhv olmasına səbəb olar.” (Bihar,c.78.288).

7- Ücb və özünü bəyənmə

Peyğəmbər (s) buyurur: “İnsanın özünü bəyənməsi, əməllərinin məhv olmasına səbəb olar”.( Bihar,c.72.321).

8- Namazı tərk etmək

Peyğəmbər (s) buyurur: “Hər kim səbəbsiz yerə namazı tərk etsə, əməlləri

puç olar”.(Bihar,c.82.202).

9- İmamın (ə) vilayətini qəbul

etməmək Allah rəsulu (s) Əliyə (ə) üz tutaraq buyurdu: “Hər kim səni sevmədən və

imamlığını qəbul etmədən dünyadan köçsə, əməlləri məhv olar”. (Bihar,c. 24.65).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031