Dostluqda və düşmənçilikdə həddi qorumalı
Mьəllif: admin1
Tarix: 18-07-2015, 15:21
Dostluqda və düşmənçilikdə həddi qorumalı

İmam Əli (ə) buyurur: “Dostunla dostluqda həddi qoru! Ona görə ki, ola bilsin bir gün səninlə düşmən olsun. Düşməninlə düşmənçilikdə həddi qoru! Ona görə də o, da ola bilsin səninlə dost olsun”. (Tebyan)
Hədisin şərhi.
Dostluq və düşmənçilikdə də, başqa məsələlərdə olduğu kimi, etidalı qorumaq lazımdır. Çünki əgər düşmənçilkdə və ya dostluqda həddi aşarsınızsa, sizə çox sayda ziyan gətirə bilər.
O zaman ki, bir insanla dost oluruq, onunla münasibətdə gərək həddi aşmayaq. Onu həyatımızın məhrəm hissəsinə çox da yaxın buraxmayaq. Bizim bütün sirlərimizi bilməyə ehtiyac yoxdur. Çünki əgər ailəmizin içinə daxil olarsa və burada baş verənlərdən agah olarsa, bizim əleyhimizə istifadə edə bilər. Bizə elə zərbələr vurar ki, altından qalxa bilmərik.
Düşmənçilikdə də həddi aşmaq olmaz. Yəni, düşmənə çox da əziyyət vermək olmaz. Onun haqqında pis və nalayiq sözlər demək olmaz. Çünki onunla bir gün dost ola bilərik. Əgər dost olarıqsa, dediklərimizdən və etdiklərimizdən xəcalət çəkərik.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930