Fitr bayramında Allahın bəndələrə etdiyi sonsuz lütflər
Mьəllif: admin1
Tarix: 14-06-2018, 10:20
Fitr bayramında Allahın bəndələrə etdiyi sonsuz lütflər

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, hədiyyə gecəsi adlandırılan Fitr bayarmı gecəsi gəlib çatır, Allah əməl edənlərin savablarını hesab vermədən bağışlayar.

Bayram gününün səhəri gəlib çatan zaman Allah mələklərini bütün şəhərlərə göndərər. Yerə enər və küçələrin başında dayanarlar və deyərlər: "Ey Muhəmməd (s) ümməti! Kərim Allaha tərəf bayıra çıxın ki, O, çoxlu mükafat verər və böyük günahları bağışlayar"".

Bayram namazının qılındığı yerə gedən zaman Allah Təala mələklərə buyurar: "Ey, Mənim mələklərim! Öz işini yerinə yetirən işçinin muzdu nədir?". Deyirlər: "Məbud və Seyyid! Odur ki, muzdunu kamil şəkildə verəsiniz".

Allah Təala buyurar: "Sizi şahid tuturam ki, Mən Ramazan ayının orucunu və namazlarını Öz razılığım və bağışlanmam qərar vermişəm".

Allah Təala buyurar: "Ey, Mənim bəndələrim! Məndən istəyin, izzət və cəlalıma and olsun ki, bu gün sizin bu cəmiyyətdə hər nə axirət və dünyadan istəsəniz, əta edərəm.

İzzət və cəlalıma and olsun ki, o zaman ki, Məni öz nəzarətçisiniz bilsəniz (və Məndən qorxsanız) sizi pənahıma alaram və o kəslər ki, cavidan cəhənnəmdədirlər, onların yanında sizi rüsvay etmərəm.

Qayıdın ki, bağışlandınız və həqiqətən Məni razı etdiniz. Mən sizdən razı oldum".

Mələklər Fitr bayramında Allahın bəndələrinə etdiyi bu lütfə görə sevinər və bir-birini təbrik edərlər.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Şəvval ayının 1-i gəlib çatan zaman carçı car çəkər: "Ey möminlər! Bu səhər çağı mükafat almaq üçün tələsin. Allah Təalanın mükafatı bu padşahların mükafatı kimi deyildir. Bu gün - mükafat günüdür"".

İmam Həsən Müctəba (ə) Fitr bayramında bir dəstə insanı görür ki, oyun oynamaqla məşğuldurlar. Onlara işarə edərək səhabələrinə buyurur: "Həqiqətən, Allah Təala Ramazan ayını bəndələri üçün müsabiqə meydanı qərar vermişdir ki, öz itaət və ibadətləri ilə İlahi rizvana və rizaya çatmaq üçün bir-birini qabaqlasınlar.

Bu meydanda bir dəstə at çapdılar və İlahi rizaya nail oldular. Bir dəstə isə geri qaldı və ziyan gördülər. Ona görə təəccüblüdür ki, oyun və gülməklə məşğul olurlar.

Bu gündə yaxşı əməl sahibləri mükafat alar və təqsirkarlar ziyan görərlər. Allaha and olsun ki, əgər hicab aradan qalxarsa və pərdə kənara çəkilərsə, yaxşı əməl sahibi mütləq öz yaxşı əməli ilə məşğul olar və pis əməl sahibi öz pis əməlinə düçar olar".

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930