Əcəlindən və taleyindən qabağa gedə bilməzsən. Sənin ruzin olmayandan bəhrələnə bilməzsən
O zaman ki, ruh bədəni tərk edər, artıq bir daha ona qayıtmaz. Hər bir insan gərək bu yolu keçsin və ölümü təcrübə etsin.
İmam Əli (ə) buyurur: “Hər kim öz meyl və arzularına tərəf tələsər, əcəli arzularından əvvəl ona çatar”. İmam (ə) uzun arzular barədə bizi xəbərdar edir. İmam (ə) onu yüyəni boş buraxılmış ata bənzədir. O kəs ki, arzuların vasitəsilə hərəkət edər, bu hərəkəti şəhvət qüvvəsindən qaynaqlanar. İmam (ə) uzun arzuları olanlara xəbərdarlıq edir ki, o şeyi ki, Allah onlardan istəyir, bu arzulara görə ondan qafil olarlar. Ona görə də qəflət yuxusundan ayılıb başa düşməlidir ki, Allahın ondan istədiyi uzun arzular deyildir. Bu arzular onu məhvə doğru apara bilər. Təqva əhli heç bir zaman uzun arzulara tərəf tələsməz. Onlar axirət səadətini istəyərlər. Bilirlər ki, hər bir addımlarında ölüm gizlənmişdir. Bu məsələ də onları uzun arzulardan saxlayar və Allahı yada salmağına səbəb olar. İmam Əli (ə) buyurur: “Ölümlər gəlib çatan zaman arzuların puç və ziyanlığı aşkar olar”. O zaman ki, insan fikir, ruh və psixoloji cəhətdən əməl və imanına söykənərək özünü axirət üçün hazır edər, ölüm anında qorxunu özünə tərəf buraxmaz. Bilir ki, bu səfərdə bütün əziyyətlərdən xilas olacaqdır. İmama (ə) deyirlər ki, ruzi və ölüm necədir? İmam (ə) buyurur: “Sənin üçün Allah yanında müəyyən ruzi vardır və sənin də yanında Allahın müəyyən möhləti vardır. Sənin malını sənə verər və sənin yanında olanı alar”. İmam Əli (ə) buyurur: “Həqiqətən də əcəlindən və taleyindən qabağa gedə bilməzsən. Sənin ruzin olmayandan bəhrələnə bilməzsən”. İmam Əlinin (ə) nəzərinə görə ölümü təxirə sala bilən amillərdən biri sielyi-rəhmdir. İmam (ə) buyurur: “Sileyi-rəhm malı artırar, ölümü təxirə salar”. Həzrət Peyğəmbər (s) buyurur: “Günahlar nəticəsində insanların ölməsi, əcəllərinin çatması nəticəsində olan ölümlərdən daha çoxdur. İnsanların yaxşılıqlarına görə sağ qalması, ömürlərinin qalanını yaşamaqdan daha çoxdur”. Bu hədisdən də göründüyü kimi, insanın əcəli əməllərindən asılıdır. İnsan gərək uzun arzuların ardınca olmasın. Özünü dünyaya bağlamasın ki, ölüm gəlib çatan zaman dünyadan ayrılmaq onun üçün çətin olmasın. Oxşar xəbərlər
|