Əhli-beyt (ə) davamçısı kimdir?
Mьəllif: admin1
Tarix: 19-02-2022, 21:20
Əhli-beyt (ə) davamçısı kimdir?

İmam Sadiq (ə) buyur: “Əhli-beyt (ə) davamçıları üç dəstədir: bir dəstə onun adından istifadə edir, bir dəstə bizim yaxşılıqlarımızla özünü gözəl göstərir, bir dəstə isə bizimlədirlər və bizim təhlükəsizliyimizlə dərman olur, qorxumuzla qorxurlar. O şey ki, deyilər aradan aparmaz və zay etməzlər”.

İlk şiə sözü İmam Əli (ə) tərafdarlarına deyilmişdir. Salman, Əbuzər, Miqdad, Əmmar bu adla məşhur olmuşdular. Lakin bizim zamanda o kəsə deyilir ki, Həzrət Peyğəmbərin (s) canişinini risalət ailəsi hesab edir. İslam maarifində Əhli-beyt (ə) məktəbinin ardıcılıdır. Həqiqi şiə - on iki İmam şiəsidir.
Əhli-beyt (ə) davamçılarının fəziləti.

Hədilsərin bəzisi Əhli-beyt (ə) davamçılarının fəzilətlərinə işarə edir və buyurur: “Behişt Əhli-beyt (ə) davamçılarının yeridir. Əhli-beyt (ə) davamçıları Qiyamət günü xilas olmuşlardır. Əhli-beyt (ə) davamçıları Əshabi-Yəmindir”.

Əhli-beyt (ə) davamçısının xüsusiyyətləri.

Əhli-beyt (ə) davamçısının təfəkkürü Əhli-beyt (ə) mənbəsindən qaynaqlanmışdır və Siratül-müstəqimdir. Quranın möminlər haqqında buyurduqları imanlı Əhli-beyt (ə) davamçılarına aiddir. Namazda müti olmaq kimi, boş işlərdən boyun qaçırması kimi, zəkat əhli olmağı kimi, əmanətdarlığı, Allahı yada salmağı, Allaha iman bəsləməsi kimi.

Quranda müttəqilər haqqında gələn sifətlər Əhli-beyt (ə) davamçılarına aid edilir. “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. Onların Rəbbi yanındakı mükafatları - (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir.

Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür”. (“Bəyyinə” 7-8). Bu ayələrdə Əhli-beyt (ə) davamçılarının dörd xüsusiyyəti bəyan olunur:

1. Allaha iman bəsləmək.

2. Saleh əməl görmək.

3. Allahın rizayətinə səbəb olmaq.

4. Ürəyində Allah qorxusuna malik olmaq.

Hədislərə nəzər salan zaman Əhli-beyt (ə) davamçılarının bu sifətləri zikr olunur: səbir, düzlük, sirr saxlamaq, yəqinlik, qənaət, şükür etməyi bacarmaq, insanlar onların əlindən amandadır, əsəbləşən zaman batil söz deməzlər. Təvəkkül, təslim və İlahi qəzaya razıdırlar.

Əhli-beyt (ə) davamçıları Əhli-beyti (ə) sevir və düşmənlərini düşmən bilirlər. Onlar Allahın əmrinə qarşı müti, Əhli-beytin (ə) müsibətində qəmgin, onların şadlığında şad olarlar.

Qorxu və ümidləri ancaq Allahadır. Onlar Əhli-beytin (ə) göstərişlərinə təslim və buyurduqlarına əməl edəndir. Düşmənləri ilə müxaliflik edərlər, təqva əhlidirlər. Namaz qılar və zəkat verərlər. Allahın evinə gedər və Allah ayında oruc tutarlar. Namazın vaxtına riayət edərlər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930