İnsanın xoşbəxt və ya bədbəxt olmasına təsir edən əsas amillər
İnsanın xoşbəxt və ya bədbəxt olmasına təsir edən amillər çoxdur. Onlardan bəzisinə işarə edək: 1. İrsi amil. Həm elm və həm də təcrübə isbat edir ki, saleh insanların övladı adətən saleh və fasid insanların övları fasid olurlar. Əlbəttə ki, istisnalar da olur. Belə ki, ata və ananın irsi genləri övadlarına ötürülür. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur:“Bataqlıqda bitən güldən çəkinin”. Yəni o qadın ki, zahirdə gözəl olmasına baxmayaraq, alçaq bir ailədə böyüyübsə, ondan çəkinin. Peyğəmbərin (s) nəzərinə görə evlənmək üçün əsl meyar – din və əxlaq olmalıdır. 2. Qidalanma. İnsanın qidalanma tərzi onun zahirinə və batininə təsir qoyar. Ona görə də dinimiz qidamızın pak olmasına çox işarə etmişdir. Həmçinin buyurur ki, lətif qidalar yeyin. Əgər uşaqlıqda bu cür yeməklərə adət etsəniz, zahiriniz də lətif olar. Əgər insan uşaqlıqdan günah etməyi sevərsə, bu insanların yediklərində adətən problem olur. 3. Dostlar. İnsanın yoldaşı və dostu ona güclü təsir qoyar. Yaxşı dost insanın yolunu azmağa qoymaz və nicat verər. Quran bu mövzuya çox toxunmuşdur. «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı». Şeytan insanı həmişə xar edib və (indi də) edir”. (“Furqan” 28-29). Bu ayədə adı çəkilən şeytan (lən) – həmin dostlardır. Tarixdə o qədər olub ki, iffətli qadınlar əxlaqsız rəfiqələrinə görə yollarını azıb və günaha düçar olublar. Hətta bir müddət sonra hicablarını belə açıblar. 4. Mühit. Ev, məktəb mühiti insana təsir qoyan amillərdəndir. Əgər cəmiyyət fəsaddırsa, onun üzvləri də fəsada tərəf meyl edər. Həmçinin o ailədə ki, əxlaqi dəyərlərə riayət olunmaz, orada böyüyən uşaqlar da bu cür olar. Çox az adam tapılar ki, qeybət, töhmət olan bir məclisdə iştirak etsin və həmin məclisin rənginə boyanmasın. Ona görə də deyə bilərik ki, təmiz və pak olmayan mühitin insanın xoşbəxt və ya bədbəxt olmasına təsiri vardır. (Tebyan) /Deyerler.org/ Oxşar xəbərlər
|