Mal və övladın fayda verməyəcəyi gün, insanın dadına səlim qəlb çatacaqdır
Həzrət Peyğəmbərin (s) qövmü bəzən onu məcnun və bəzən də şair adlandırırdı. Allah Təala “Şuəra” surəsində bu insanları xəbərdar edir və onlara başqa peyğəmbərlərin (ə) dastanlarını bəyan edir.
O cümlədən Həzrət Musanın (ə), Həzrət İbrahimin (ə), Həzrət Nuhun (ə), Həzrət Hudun (ə), Həzrət Salehin (ə), Həzrət Lutun (ə), Həzrət Şuəybin (ə) dastanını bəyan edir və sonra buyurur: "O gün ki, malın və oğulların bir faydası olmayacaq". (Şuəra-88). Bu ayənin də buyurduğu kimi, Qiyamət günü nə malın və nə də övladların insana faydası olmayacaqdır. İnsan bu dünyada cəmiyyət halında yaşadığı üçün bu iki amil ona yardım olsun deyə nazil olmuşdur. Qiyamət günü həqiqətlərin kəşf olduğu gün olduğu üçün, mal və övlad insana fayda verməz. “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101). Mal dünyada insana yardım edər ki, dünya məqsədlərinə çata bilsin. Övladlar isə insanın izzət və şövq vasitələridir. Lakin insan çox təəssüf ki, bu iki amilə daha çox diqqət edər və daha çox üz çevirər. Halbuki, Qiyamət günü bu ikisinin ona faydası olmaz. "Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". (“Şuəra” 89). Bəli, Qiyamət günü insana faydalı ola biləcək tək şey – salamat və təmiz qəlbdir. İnsanın səadəti malında deyil, qəlbindədir. Səlim qəlb o qəlbdir ki, şirkdən, zülmdən, günahdan pak olar. Allah insanın qəlbinə görə onun mükafatını və cəzasını verəcəkdir. Bu, səlim qəlbdir ki, insanı Allaha yaxınlaşdırar, maldan, sərvətdən uzaq edər. Allah Təala Qiyamət gününün təsvirində buyurmuşdur: “(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır”. (“Taha” 111). Oxşar xəbərlər
|