“Ey Allah bəndələri! Siz xəstə kimisiniz, Allah da həkim. Ona görə də xəstələrin xeyri ondadır ki...” - Peyğəmbərimizin (s) bizlərə buyuruşlarından
Mьəllif: admin1
Tarix: 27-07-2015, 23:19
“Ey Allah bəndələri! Siz xəstə kimisiniz, Allah da həkim. Ona görə də xəstələrin xeyri ondadır ki...” - Peyğəmbərimizin (s) bizlərə buyuruşlarından

Həzrət Peyğəmbərin (s) dəyərli nəsihətlərinə diqqət edək.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur:
“And olsun o Kəsə ki, canım Onun qüdrətli əlindədir, insan üçün qəzəb və şəhvət kimi başqa düşmən yoxdur. Ona görə də bu ikisinin kökünü kəs və məğlub et”.
“Vay olsun o kəsə ki, insanlar şərinin qorxusundan onu tərifləyərlər. Vay o kəsə ki, zülmünün qorxusundan ona itaət edərlər. Vay o kəsə ki, pisliyinin qorxusundan ona hörmət edərlər”.
“Əziz tutun o kəsləri ki, onlardan bir şey öyrənirsiniz və həm də o kəsləri ki, onlara təlim verirsiniz. Müəllimlərinizə və şagirdlərinizə hörmət edin”.
“Elmi ona görə öyrənməyin ki, nadanlara lovğalanasınız, elmi ona görə öyrənməyin ki, düşmənlə münaqişə edəsəniz, elmi ona görə öyrənməyin ki, hakimlərin nəzərini özünüzə cəlb edəsiniz. Hər kim belə olar cəhənnəm əhlindəndir”.
“Sizi təəccübləndirməsin o kəs ki, haram yolla mal əldə edər və əgər onu Allah yolunda infaq edərsə, qəbul olunmaz. Əgər onu saxlayarsa, əzab atəşini artırmış olar”.
“Ölülərlə yoldaş olmayın ki, ürəkləriniz ölməsin. Ölülər o kəslərdir ki, dünyaya hərisdirlər”.
“Bütün gecəni özünüzü yatmağa adət etdirməyin, bəlkə bir hissəsini yatmayın”.
“Hər kim elə namaz qılsa ki, dünya işlərdən heç biri namaz zamanı ürəyindən keçməz - Allahdan nə istəsə, ona mərhəmət edər”.
“İkiüzlü insana ağa deməyin. Çünki əgər sizin sərvəriniz olarsa, Allahı qəzəbləndirərsiniz”.
“Hər kim öz əli ilə ayaqqabısını və ya paltarını yamayarsa və Allahın əzəməti qarşısında alnını torpağa qoyarsa, təkəbbürdən xilas olar”.
“Hər kim ruzisinin haradan gəldiyinə əhəmiyyət verməzsə, Allah da onu hansı yolla cəhənnəmə daxil edəcəklərinə əhəmiyyət verməz”.
“Hər kim bidətdən ürəyində narazı və qəzəbli olarsa, Allah qəlbini yəqin və riza ilə doldurar”.
“Hər kim Allahın və Rəsulunun (s) onu sevməsini istəyirsə, gərək qonaqla yemək yesin. Həm kim qonaqla yemək yeyərsə, onunla Allah arasında pərdə olmaz”.
“Hər kəsin daha çox hümməti nəfsani istəklərə çatmaq olarsa, iman ürəyindən qopardılar”.
“Hər kim Allahı çoxlu təsbih və həmd edərsə, yeməyi, içməyi və yatmağı az olarsa - mələklər ona müştaq olar”.
“Ey Allah bəndələri! Siz xəstə kimisiniz, Allah da həkim. Ona görə də xəstələrin xeyri ondadır ki, həkim məsləhət görər, nəinki xəstənin ürəyi hər nə istəyər. Allahın əmrinə təslim olun ki, xilas olanlardan olasınız”.
“Hər kim yeməyi havayi-nəfsinə görə yeyərsə, Allah hikməti qəlbinə haram edər”.
“Hər kim iki şeydən çəkinərsə, Allah onu iki şeydən saxlayar: Hər kim dilini müsəlmanın abırından saxlayarsa, Allah onu büdrəmədən saxlayar. Hər kim qəzəbinin qarşısını alarsa, Allah əzabını ondan saxlayar”.
“Hər kim çox yatarsa, dünya və axirət bəhrəsini əldən verər”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930