Bəsirət gözünü açan zikr
Mьəllif: admin1
Tarix: 4-09-2017, 21:59
Bəsirət gözünü açan zikr
İnsanın həqiqi munisi və məhbubu – Allahdır. Allah insanın bütün çətinliklərini aradan qaldıra bilər. Dua - peyğəmbərlərin silahıdır və Quran peyğəmbərlərin etdiyi bir çox duaları bəyan etmişdir.

Bu zikrlərdən biri də Həzrət Yunusun (ə) balığın qarnında etdiyi duadır: "Lə iləhə illə ənt subhənəkə inni kuntu minəz-zalimin".
Bu duada Həzrət Yunus (ə) ilk olaraq Allahın vahid olduğunu bəyan edir, buyurur ki, Ondan başqa Məbud və Söykənəcək yoxdur. Sonrakı mərhələdə Allaha həmd edir və bildirir ki, mənim başıma gələn bu müsibətin səbəbi Sən deyilsən. Mən özüm günahkar və təqsirkaram. Öz rəftarımla özümə zülm etmişəm.

Sonrakı ayədə Allah buyurur: “Biz möminlərə bu cür nicat veririk”. (“Ənbiya” 88). Bu ayə onu göstərir ki, Həzrət Yunusun (ə) başına gələnlər xüsusi bir hal deyildir, müəyyən mərhələləri keçərək hamıya şamil olur. Bizim başımıza gələn müsibətlərin bir çoxunun səbəbi – günahlarımızdır. Əgər insan günah edən zaman Həzrət Yunusun (ə) diqqət etdiyi o üç nöqtəyə diqqət edərsə, nicat tapar.

İslam Peyğəmbəri (s) buyurur: “Allahın elə adı vardır ki, hər kəs Onu bu adla çağırsa, duası yerinə yetər. Nə zaman onunla bir şey istəsə, ona verər. Bu, Yunusun (ə) duasıdır”. Bir nəfər soruşur: “Ya Rəsulallah! O, Yunusa (ə) məxsus idi, yoxsa müsəlman cəmiyyətinə də şamil olur?”. Həzrət (s) buyurur: “Həm Yunusa (ə) aiddir və həm də bütün möminlərə. Məgər Allahın Qurandakı kəlamını eşitməmisinizmi: “Biz möminlərə bu cür nicat veririk”. Hər kim belə dua edər, Allah yerinə yetməsini zəmanət etmişdir”.

Allah Təala bu ayə ilə möminlərə müjdə verir ki, bu zikrin vasitəsilə nicat tapa bilərlər.
İmam Sadiq (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, qəm və qüssəyə düçar olmuşdur, ancaq bu zikrə (Yunusiyyə zikrinə) pənah aparmır. Allah onun ardınca buyurmuşdur: “Biz möminlərə bu cür nicat veririk””.

Mərhum Kuleyni nəql edir ki, bir nəfər xorasanlı kişi İmam Sadiqə (ə) deyir: “Qurabının olum, mənim indiyə qədər övladım olmur. Nə edim?”. Həzrət (ə) buyurur: “Nə zaman vətəninə qayıtsan, (Ənbiya” 87) ayəsini oxu. İnşəallah övlad sahibi olarsan”.

Qeyd etmək lazımdır ki, bu zikr həqiqi tövbə məqamına malikdir. Əgər xaliscəsinə yerinə yetirilsə, heyrətləndirici təsirlər qoyar.
Mərhum Ayətullah Kəşmiridən soruşurlar ki, bir salik üçün hansı ibadət daha yaxşıdır? Buyurur:“Ən yaxşısı – səcdədir ki, Yunusiyyə zikrini deyəsən. Yunusiyyə zikri ruhlara qoşulmağa və bəsirət gözünün açılmasına səbəb olar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930