Zühur dövründə kimlər yenidən dünyaya qayıdacaq?
Mьəllif: admin1
Tarix: 20-06-2020, 09:08
Zühur dövründə kimlər yenidən dünyaya qayıdacaq?

"Yalnız xalis möminlər dünyaya qayıda biləcəklər, deməli zühur dövrünü görmək üçün mömin olmaq lazımdır; Əhli-beytin (ə) haqlığına imanı olan rəcətin ən birinci şərtinə mənimsəmiş olar.

Zühur dövründə kimlər yenidən dünyaya qayıdacaq?

Dünyadan gedən insanların bir daha qayıdışına "rəcət" deliyilir. "Rəcət" qayıdş mənasınadır.

Bizə gəlib çatan rəvayətlərdə dünyaya qayıda biləcək insanlar barədə müəyyən şərtlər qeyd edilir:

1- Xalis iman: çoxlu sayda rəvayələrdə qeyd edilir ki, hər bir insan yenidən dünyaya qayıda biməyəcək, əksinə yalnız xalis möminlər dünyaya qayıda biləcəklər, deməli zühur dövrünü görmək üçün mömin olmaq lazımdır; Əhli-beytin (ə) haqlığına imanı olan rəcətin ən birinci şərtinə mənimsəmiş olar.

Xalis imanın bir neçə əlaməti var və ən ümdə əlaməti "müqavimət və dözümlülük"dür; müqavimət iki baxımda : düşmən müqabilində müqavimət və mühit qarşısında müqavimət.

2- (Kor-koranə deyil) Elm əsasında vilayəti qəbul etmə. Bir hədisdə həzrət Peyğəmbər (s.ə) Salmani Farsiyə buyurur: "Ey Salman! Sən və sənin kimiləri və hər kəs ki, Qaimin (ə) və ya imamların vilayətini belə bir mərifətlə (həqiqi mərifət) qəbul edərsə o zühur dövrünü görəcəkdir".

Bu baxımdan insan günbəgün imamlara olan elmini artırmalı və düzgün şəkildə tanımalıdır.

3- Əhli-beytlə (ə) sinxiyyəti olanlar. Qeyd edilən hədisdə həzrət Peyğəmbr (s.ə) Salman Farsiyə buyurur: "Bizmlə olan hər bir şəxs zühur dövrünü görəcəkdir" yəni özlərini Əhli-beytə (ə) yaxınlaşdırıb Salmani Farsi kimi onlarla öz aralarında sinxiyyət yarada bilənlər yenidən qayıda biləcəklər.

4- Əhli-beyt (ə) yolunda çətinliklərə dözmək

Dünya həyatında Əhli-beytə (ə) xatir azar-əziyyət çəkənlər zühur dövründə yenidən dünyaya qayıdacaqlar.

Yuxarıda qeyd edilən hədisdə yenə həzrət Peyğəmbər (s.ə) buyurur: "Bizimlə olan və biz əhli-beyin yolunda zülmlərə məruz qalanlar zühur dövründə yenidən dünyaya qayıdacaqlar".

Bu hədisə əsasən, zülmə məruz qalan insanlar qisas almaq üçün dünyaya qayıdaaqlar və bu baxımdan zalımların dadünyaya qayıdışı zəruridir.

İmam Sadiqdən (ə) nəql olunan kəlama əsasən qayıdan ilk məzlum İmam Hüseyn (ə) və əshabı, ilk zalım Yezid və əshabı olacaq.

5- Cihad və mübarizə. İmam Sadiq (ə) "Ey Əbu Bəsir! Qaimimiz qiyam edərkən Allah o şəxsləri əhəyata qaytaracaq ki,qılınclarının qını boyunlarında olsun".

Deməli dünya həyatında canlarını Əhli-beyt (ə) və İslam yolunda qurban verib gedənlər yenidən həyaa qayıdacaq. Qeybət dövründə dinin yaşaması yolunda ömürlərini həsr edənlər və sonda şəhadət və ya adi ölümlə dünyadan gedənlər dünyaya qayıdacaq.

6- Həqiqi intizarşı olmaq. İmam Sadiq (ə): Qaim zühur edərkən qəbirdə möminin ardınca gedilər və ona deyilər ki, imamın zühur edib istəyirsən qalx və (Ona qoşul) və istəyirsənsə də İlahi civarda qal".

Bu hədisdən bu anlaşılır ki, dünya həyatında həqiqi intizar çəkib öz dini vəzifələrinə əməl edən şəxs zühur dövründə yenidən həyata qaytarılacaq.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031