İSLAMDA TƏFƏKKÜRÜN QAYNAQLARI
Düşüncə və təfəkkür də`vət edən Qur`ani-kərim, düşüncənin sarsılma yollarını tanıtdırmaqla yanaşı, eyni zamanda təfəkkürün qaynaqlarını, yə`ni düşünməyə və onlardan elm və mə`lumat mənbəyi kimi istifadə etməyə yararlı-faydalı olduğu mövzuları da göstərmişdir. İslam, ümumiyyətlə nəticəsi yalnız zehni yormaqdan əlavə faydası olmayan məsələlərə enerji sərf etməklə müxalifət etmişdir. Hansı ki, o məsələlərdə tədqiq yolu açıq deyil, habelə fərzən tədqiq olunası, lakin insan üçün faydasızdır. Əziz Peyğəmbər (s) var olması faydasız olan və olmaması zərərsiz olan elmi hədər saydı. Ancaq tədqiq, axtarış yolu açıq, eləcə də faydalı elmləri İslam təşviq və tə`yid etmişdir. Qur`ani-kərim faydalı və xeyirli təfəkkür üçün üç mövzunu bizə təqdim edir: 1. Təbiət Təbiət, yə`ni yer, göy, ulduzlar, günəş, ay, bulud, yağış, küləyin əsməsi, gəmilərin dənizdə hərəkəti, bitkilər, heyvanlar aləmi, bir sözlə bəşərin ətraf aləmdə hiss etdiyi bütün şeyləri, haqqında düşünüləsi, təfəkkür ediləsi və nəticə çıxarılası mövzular kimi tanıtdıran xeyli sayda ayələr Qur`ani-kərimi büsbütün bürümüşdür. Nümunə üçün bir ayəni qeyd edirik: قل انظروا ما ذا فی فی السماوات و الارض “Xalqa de: “Diqqət və mütaliə edin, görün yerlərdə və göylərdə nələr mövcuddur?” (Yunus surəsi, ayə 101) 2. Tarix Qur`anda bir çox ayələr bizi keçmiş xalqların həyatı haqqında mütaliə etməyə də`vət və onu elm kəsb etmək üçün bir qaynaq kimi təqdim edir. 4 Qur`anın nəzərində bəşəriyyətin tarixi və onun dəyişiklikləri bir sıra adət-ən`ənə, qayda-qanunlar üzrə hərəkət edir, tarixi başıucalıq, alçaqlıq, müvəffəqiyyət, uğursuzluq, xoşbəxtlik və bədbəxtliklər ölçülmüş dəqiq hesablar çərçivəsindədir. Bu hesabları və qanunları tanımaqla, hazırkı tarixin idarəçiliyini ixtiyara keçirmək və ondan özünün və hazırkı dövrün xalqının səadəti üçün bəhrələnmək olar. İndisə sitat üçün bir ayə: قد خلت من قبلکم سنن فسیروا فی الارض فانظروا کیف کان عاقبة المكذبین “(Ey müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqiələr (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün.” Ali-İmran surəsi, ayə 137. 3. İnsanın batini Qur`an insan batinini xüsusi idrak mənbəyi kimi qələmə verir. Qur`ana görə həqiqəti kəşf etmək üçün yaradılış başdan başa ilahi nişanələrlə doludur. Qur`an tə`birincə insanın xarici dünyası “afaq”, daxili dünyası isə “ənfus” adlanır və elə bu yolla insan batininin önəmli əhəmiyyətini xatırladır. İslam ədəbiyyatında “afaq” və “ənfus” termini buradan meydana gəlmişdir. Məşhur alman filosofu Kantın elə məzarı üzərinə də həkk edilmiş dünyaşöhrətli cümləsi var. O deyir: “İki şey insanı son dərəcə təəccübləndirir: biri başımız üzərindəki ulduzlarla dolu səma, digəri isə daxilimizdə yerləşən vicdan və batin.” Oxşar xəbərlər
|