Ey Allah bəndəsi! Sən ölümü tanımadığına görə ondan qorxursan
Mьəllif: admin1
Tarix: 15-06-2022, 12:13
Ey Allah bəndəsi! Sən ölümü tanımadığına görə ondan qorxursan

İnsan təzə bir mühitə düşən zaman nigaran olur və təşviş keçirir. Bu hiss hamıya tanış bir hissdir. O zaman ki, insanın yeni mühitə görə təcrübəsi və kifayət qədər elmi olmaz, nigarançılığı özü ilə gətirər. İnsanın hər nə qədər bu mühit haqqında biliyi və mərifəti olarsa, nigarançılığı da bir o qədər az olar.

Hər bir insan ölümdən qorxur və bu, bir həqiqətdir. Hədislərimiz bu qorxunun bir çox amillərini bəyan ediblər. Hədislərin bəzisi deyir ki, bu qorxu ya günahların çox olmasına görədir, ya da öülmü tanımadığına görədir.

İmam Həsən Əsgəri (ə) buyurur: “İmam Hadi (ə) xəstə olan səhabələrindən birinin yanına gedir. O, ağlayır və ölməyə qarşı səbirsizlik göstərir.

Həzrət (ə) ona buyurur: “Ey Allah bəndəsi! Sən ölümü tanımadığına görə ondan qorxursan. Əgər bədinin çirkdən o qədər çirklənsə ki, çirkin çoxluğundan əziyyət çəkərsən və bədənin yara ilə dolu olar və bilsən ki, əgər hamamda özünü yusan onların hamısı aradan gedəcəkdir, istəməzsən həmin hamama gedəsən?

Çirklərini yuyasan? Ya da hamama getməyib bu halda qalasan? Bu ölüm – həmin hamamdır. Sənin varlığını son günahına və pisliyinə qədər pak və təmiz edər.

Nə zaman ora (bərzəxə) daxil olarsan və ondan keçərsən, hər cür qəm və qüssədən, əziyyətdən xilas olarsan. Bütün xoşluqlara və şadlıqlara çatarsan”. Bu zaman həmin kişi sakit olur və özünü ölümə tapşırır. Halı yerinə gəlir və gözlərini yumub can verir”.

Ölüm – təcrübə olunmamış bir həqiqətdir. Məsumlar (ə) bu iztirablı yolda bizlərə yol göstərər və təskinlik verərlər.

İmam Sadiqə (ə) deyirlər ki, mömin can verməsindən narahat olarmı? Həzrət (ə) buyurur: “Allaha and olsun ki, yox. O zaman ki, ölüm mələyi canını almağa gələr, o, hövsələsizlik edər.

Ancaq ölüm mələyi ona deyər: “Ey Allahın dostu! Hövsələsizlik etmə. And olsun o Kəsə ki, Muhəmmədi (ə) məbus etmişdir, mən başının üstünə gələn mehriban atandan da sənə qarşı daha mehriban və xoş rəftaram. Gözünü aç və bax”. Bu zaman Məsumları (ə) görər və bu gördüklərinə görə sevinər.

Ona görə də insan əgər ölümü tanıyarsa, ona qarşı qorxunu dəf edə bilər. Bu haqda elmimizi artıraq. Çünki, hər bir addımımızda ölüm gizlənib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031