Düşmənin gənclərin beyninə təsir göstərən iki amili
Gənc zehni üzərində ən çox təsir göstərən iki amil var: Biri düşmənin müxtəlif təbliğatıdır; gənci müqəddəs İslam həqiqətlərinə, inqilabda qəti məsələlər və əsas etiqadi təməllər kimi tanınan həqiqətlərə qarşı laqeyd və biganə edən təbliğat.
İkinci amil isə bu həqiqət və prinsipləri düzgün izah və müdafiə etməməkdir. Mən düşünürəm ki, ikinci amilin təsiri birincidən az deyil. Çünki İslam Respublikası quruluşunda İslamın, İslam prinsiplərinin, İslamın əsaslarının və İslam təlimlərinin əleyhinə açıq-aşkar şəkildə az təbliğ olunur, geniş təbliğata şərait yoxdur. Odur ki, düşmənin təbliğatı yalnız müəyyən səviyyəni əhatə edir, halbuki ikinci amil üçün heç bir məhdudiyyət yoxdur. ...Bəzi İslam mövzuları hazırlanıb münasib formada yazılmalı və ölkənin hər yerində deyilməlidir; belə ki, bütün ürəklərdə və beyinlərdə yer açsın. İslam məsələləri barədə mətləblər seçilməli və bu gün müxtəlif vasitələrlə xalqın xüsusi təbəqələri arasında yayıldığını bildiyimiz fərzi şübhələrə cavab verilməlidir. Qərbin materialist filosof, yazıçı və mütəfəkkirlərinin düşüncələri bu gün bizim universitetlərimizdə kitab və tərcümə formasında mövcuddur. Bunların daxil olmaması üçün bir sədd düzəltmək olmaz. Bu, mümkün və məsələhət deyil. Düşüncələr gəlməli və bilinməlidir. Bu düşüncələrin qarşısında padzəhər düzəltmək lazımdır. Fəsad oyatmaq və gənc nəslə nüfuz Düşmənin təxribatlarından başqa birisi fəsad oyatmaq təxribatıdır; gənc nəslə nüfuz etmək, İslamın həqiqi əsgərləri arasında fəsad yaratmaq gəncləri fəsadçı işlərlə məşğul etmək. Gənclər bilsinlər ki, bu, təxribatdır... Oxşar xəbərlər
|