Yeddi suala Cavab
Məhzər elm və irfan məhzəri idi. Bu vaxt haqq aşiqləri pərvanə kimi Əli (əleyhissalam)-ın ətrafına toplaşmışdılar. Bir şəxs o Həzrətdən soruşdu... 1)"Ağıllı insanı kimdir? İmam cavabında buyurdu: "Aqil o kəsdir ki, hər işi öz yerində görür." 2) O, soruşdu: "Cahil və nadan insanı da bizim üçün vəsf et." İmam buyurdu: "Cahil aqilin əksinədir və o elə bir kəsdir ki, şeyləri öz yerində qərar vermir." 3) Başqa bir şəxs sourşdu: "Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?" İmam (əleyhissalam) buyurdu: "Allah onların hesabına necə yetişər bir halda ki, onlar Allahı görmürlər!" 4) İmam (əleyhissalam) buyurdu: "Necə ki, onlara ruzi verir bir halda ki, onlar onu görmürlər." 5) Başqa bir şəxs soruşdu: "Ya Əmirəl-möminin! Hansı vasitə ilə döyüş meydanlarında öz tərəf müqabillərinə qalib gəldin?!" İmam (əleyhissalam) cavabında buyurdu: "Mən hər kəslə üzbəüz oldumsa o, mənim əleyhinə özünə kömək etdi." Şərif Rəzi deyir: "İmamın məqsədi o Həzrətin cəlal və heybətidir ki, düşmənin qəlbində qorxu və vəhşət icad edirdi. Eləcə də düşmənin özü o Həzrətə öz əleyhinə kömək edirdi." 6) Başqa bir şəxs soruşdu: "Ədalət daha yaxşıdır ya sərvət? İmam (əleyhissalam) cavabında buyurdu: "Ədalət hər şeyi öz yerində qərar verir, amma səxavət onu ədalət sərhədindən daha yuxarı aparır. Ədalət ümumi qanundur lakin səxavət xüsusi xarakter daşıyır. Buna görədə ədalət səxavətdən daha yaxşı və ondan daha şərafətlidir." Hicrətin ikinci ili idi. Böyük Bədr müharibəsi İslam ordusu ilə Şirk ordusu arasında başlandı. Çox bərk və əzici bir müharibə! Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm qoşununun baş komandanı idi. Düşmənin qəhrəmanları meydana gəlmişdilər. Kafirlərin qoşununu sayı min nəfərdən artıq idi. Bir halda ki, islam diviziyasının adamlarının sayı 313 nəfərdən artıq deyildi. Bu bərabər olmayan müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm düşmənin müqabilində elə durmuşdu ki, İmam Əli (əleyhissalam) bu barədə şücaətlə belə buyurur: "Hərgah müharibə alovu bərk şölələnirdi və zəbanə çəkirdi, biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə pənah aparırdıq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi." Doğrusu bu nə şücaətdir ki, qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) döyüş meydanında ona pənah aparırdı! Sədi demişkən: "Ümmət divarına nə qəm ki, əgər sənin kimi arxası olsa, dəniz dalğasından nə qorxu, əgər onun gəmiçisi Nuh olsa."/Nəhcül-Bəlağə hekayələri (140 hekayət)/ Oxşar xəbərlər
|